Bəqərə Surəsi 85. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarırsınız, onlara qarşı pislik düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları (yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən bixəbər deyildir.
Bünyadov-Məmmədəliyev:
(Ey yəhudilər!) Siz elə adamlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə (tayfaya) zülm düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Məgər, siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.
Elmir Quliyev :
Но впоследствии именно вы стали убивать друг друга и изгонять некоторых из вас из жилищ, помогая одним против других в грехе и несправедливости. А если они приходят к вам пленными, то вы выкупаете их. А ведь вам было запрещено изгонять их. Неужели вы станете веровать в одну часть Писания и отвергать другую часть? Воздаянием тому, кто совершает подобное, будет позор в мирской жизни, а в День воскресения они будут подвергнуты еще более ужасным мучениям. Аллах не находится в неведении о том, что вы совершаете.
Ələddin Sultanov:
Siz elə kəslərsiniz ki, (bu əhddən) sonra bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni yurdlarından çıxardıb onlara zülm düşmənçilik etməkdə köməkləşirsiniz. Əgər onlar əsir düşüb sizə gəlsələr, fidyə verib onları azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər hissəsini inkarmı edirsiniz? Sizdən kim bu cür işlər görərsə, onun cəzası dünya həyatında rüsvay olmaqdır. Qiyamət günü isə onlar ən şiddətli əzaba düçar olacaqlar. Allah etdiklərinizdən qafil deyil.
Kerbelayi Malik ağa:
Sonra siz elə kəslərsiniz ki, bir-birinizi öldürür, özünüzdən olan bir qrupu yurdlarından çıxarır onlara qarşı günah düşmənlikdə bir-birinizə kömək edirsiniz. Əgər onlar əsir düşüb yanınıza gəlsələr, onların yurdlarından çıxarılmaları sizə haram qılınmış olduğu halda (onların yurdlarında qalmalarına icazə verməyib) fidyə qarşılığında azad edirsiniz. Yoxsa Kitabın bir qisminə inanıb bir qismini inkarmı edirsiniz? Artıq sizdən belə edənlərin cəzası dünya həyatında ancaq rüsvay olmaqdır. Qiyamət günündə isə onlar əzabın ən şiddətlisinə məruz qalar. Allah etdiyiniz şeylərdən qafil deyil.
Ələsgər Musayev:
Sonra siz bunlarsınız kiqətl edirsiniz nəfsinizi xaric edirsiniz firqəni sizdən öz diyarlarından zühur edirsiniz üzərinə onların günahla düşmənçiliklə. əgər gətirirlər sizə əsirlərifidyə verirsiniz onlara o, haramdır üzərinizə sizin onları xaric etmək. Ə, inanırsınızmı bəzisilə kitabın küfr edirsiniz bəzisilə? ki, cəzası kim fəaliyyət etsə bunu sizdən- ancaq rüsvayçılıqdır dünya həyatında qiyamət günü rədd olacaq tərəfinə şiddətli əzabın deyil Allah qafillə nədən ki, əməl edirsiniz
A.Mehdiyev və D.Cəfərli:
(Lakin) yenə elə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni onlara qarşı bir-birinizə günah itaətsizlik üzündən kömək etməklə öz yurdlarından (qovub) çıxaran (bununla belə) onlar əsir halında sizin yanınıza gələndə fidyə verərək onları azad edən elə sizsiniz, halbuki onları (müharibəyə) çıxartmaq sizə (elə əvvəldən) haram idi. Deməli siz kitabın (Tövratın hökmlərinin) bir hissəsinə iman gətirib, digər bir hissəsinə kafir olursunuz?! (Müharibə etmək qovub-çıxarmağın haram olmasını rədd, öz dindaşlarınızın azad edilmələrinin vacibliyini isə qəbul edirsiniz?!) Buna görə də, sizdən belə görənlərin cəzası dünyada xarlıq zillətdən başqa bir şey deyildir. Qiyamət günü isə (onlar) ən şiddətli bir əzaba tərəf qaytarılacaqlar. Allah, etdiklərinizdən xəbərsiz deyildir.
Kövsər Tağıyev:
Amma siz bir-birinizi öldürən, aranızdan bir dəstəyə qarşı yamanlıq zülmdə köməkləşərək sizə haram olduğu halda onları yurdlarından çıxaran, sizə əsir olaraq gəldikləri zaman fidyə verib onları qurtaran kəslərsiniz. Yoxsa siz Kitabın (Tövratın) bir qisminə inanıb bir qismini inkar edirsiniz?1 Artıq sizdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaqdan başqa bir şey deyildir. Qiyamət günündə isə onlar əzabın ən şiddətlisinə düçar olarlar. Çünki Allah etdiklərinizdən xəbərsiz deyil.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra, siz o kəslərsiniz ki, (yenə də) bir-birinizi öldürür, bir qismini öz yurdundan qovur, onlara qarşı günah təcavüz etməkdə bir-birinizə kömək edirsiniz. Əgər onlar sizə əsir kimi gələrsə, siz fidyə ilə onları qurtarırsınız. Halbuki onları (yurdlarından) çıxarmaq sizə qadağan edilmişdir. Siz Kitabın bir hissəsinə inanıb, digərini inkarmı edirsiniz ? Sizlərdən bu işi tutanların cəzası bu dünyada ancaq rüsvayçılıqdır, qiyamət günü isə onlar ən ağır əzaba məruz qalacaqlar. Allah sizin tutduğunuz əməllərdən xəbərsiz deyildir.
Sabirə Dünyamalıyeva:
Sonra siz, şahidlik edərək təsdiqlədiniz. Sonra, siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz içinizdən bir dəstəni yurdlarından çıxarırsınız. Onların əleyhinə günah düşmənçilik etməkdə bir-birinizə kömək göstərirsiniz. Əgər onlar sizə əsir olaraq gəlsələr, onlar üçün fidyə/xilas olmaq üçün əvəz almağa çalışırsınız. Halbuki o [iş]; onları çıxarmaq sizə haram edilmişdi. Yaxşı, siz Kitabın bir hissəsinə inanıb, bir hissəsinə inanmırsınızmı? O halda, sizdən belə edənlərin alacağı əvəz, dünya həyatında rüsvayçılıqdan başqa olacaq? Qiyamət günündə əzabın ən şiddətlisinə uğrayacaqlar. Allah etdiyinizdən xəbərsiz, qafil deyil.