Əlixan Musayev:
Lakin o zaman əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın Öz qulları barəsində əzəldən bəri qüvvədə olan qanunudur. Onda kafirlər ziyana uğradılar.
Bünyadov-Məmmədəliyev:
Amma əzabımızı gördükləri zaman iman gətirmələri – Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş (tətbiq edilmiş) adətinə (qayda-qanununa) müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca ziyana uğradılar (məhv oldular).
Elmir Quliyev
:
Но не помогла им вера, когда они увидели Наше наказание. Таким всегда было установление Аллаха для Его рабов. Вот тогда неверующие оказались в убытке.
Ələddin Sultanov:
Əzabımızın şiddətini gördükləri zaman iman etmələri onlara heç bir fayda vermədi. Bu, Allahın əzəldən bəri qulları barəsindəki qanunudur. Kafirlər oradaca ziyana uğradılar.
Kerbelayi Malik ağa:
Şiddətli əzabımızı gördükləri zaman artıq onların imanı onlara bir fayda vermədi. Allahın qulları haqqındakı gəlib keçən qanunu budur. Kafirlər orada hüsrana uğradılar.
Ələsgər Musayev:
Mənfəəti olmadı
onlara imanlarının, amma elə ki, onlar gördülər basqımızı
Bizim. Sünnəti Allahın, hansı ki, əlbəttə keçdi Onun
bəndələrində. Xəsarətdə olar orada kafirlər!
A.Mehdiyev və D.Cəfərli:
Lakin əzabımızı gördükləri zaman imanlarının onlara xeyir verməsi mümkün deyildi. (Bu,) Allahın (qədim zamanlardan) bəndələri barəsində (həyata) keçmiş qanunudur. Kafirlər orada ziyana uğradılar.
Kövsər Tağıyev:
Ancaq əzabımızı gördükləri zaman inanmaları onlara fayda vermədi. Bu, Allahın, qulları haqqında əvvəldən bəri qoyduğu qanunudur. Bax orada inkar edənlər ziyana uğradılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əzabımızın şiddətini görəndən sonra iman gətirmələri onlara heç bir fayda vermədi. Allahın Öz bəndələri üzərində əzəli qayda-qanunu budur. Kafirlər orada ziyana uğradılar.
Sabirə Dünyamalıyeva:
Amma qəzəbimizi gördükləri zamanki imanları onlara fayda verəsi deyildi. -Allahın, bəndələri barədə keçmişdən bəri gələn qanunu...- Bax, kafirlər[Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] burada itirdilər, ziyana düçar oldular.