Əlixan Musayev:
Mədyən qövmünə də qardaşları Şueybi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir.
Bünyadov-Məmmədəliyev:
Mədyən tayfasına da qardaşları Şüeybi (peyğəmbər) göndərdik. (Şüeyb) onlara belə dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (möcüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü (peyğəmbərlərin şəriətləri sayəsində) düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir!
Elmir Quliyev
:
Мы отправили к мадьянитам их брата Шуейба. Он сказал: "О мой народ! Поклоняйтесь Аллаху, ибо нет у вас другого божества, кроме Него. К вам явилось ясное знамение от вашего Господа. Наполняйте же меру и весы сполна, не придерживайте имущества людей и не распространяйте нечестия на земле после того, как на ней наведен порядок. Так лучше для вас, если только вы являетесь верующими.
Ələddin Sultanov:
Mədyən qövmünə də qardaşları Şüeybi (peyğəmbər) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gəlmişdir. Elə isə ölçüdə və tərəzidə düzgünlüyə riayət edin! İnsanların mallarını əskik verməyin! İslah edildikdən sonra yer üzündə fitnə-fəsad törətməyin! Əgər iman gətirmişsinizsə, bu sizin üçün daha xeyirlidir.
Kerbelayi Malik ağa:
Qardaşları Şuayb Mədyən (qövmünə) belə dedi: ‘Ey qövmüm Allaha qul olun! Ondan başqa sizin ilahınız yoxdur. Rəbbinizdən sizə bəyyinə (bir möcüzə, isbat edici bir açıqlama) gəlmişdir. Artıq ölçü və çəkiyə tam riayət edin. İnsanların əşyalarının dəyərini əksiltməyin. Yer üzündə onun islahından sonra fəsad çıxarmayın. Əgər möminlərsinizsə, bu sizin üçün xeyirlidir.’
Ələsgər Musayev:
Mədyənə tərəf - onların qardaşı Şueybi. Dedi: «Ay qoumum! Allaha ibadət edin. Sizin üçün Ondan qeyri Ilahi yoxdur. Sizə Rəbbinizdən bəyanat gəldi. Vəfalı olun ölçüdə və mizanda və insanların əşyalarını əskiltməyin və ərz islah olduqdan sonra orada fəsad etməyin. Bu, sizin üçün xeyirdir, əgər oldunuz inananlar!
A.Mehdiyev və D.Cəfərli:
Və Mədyən (əhlinə) onların (qəbilə yaxud qan) qardaşı Şüeybi (göndərdik). O dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Həqiqətən, sizin üçün Rəbbiniz tərəfindən açıq-aşkar bir dəlil gəlmişdir. (Məqsəd Şüeybin Allah tərəfindən olan möcüzəsidir ki, onun nədən ibarət olması açıqlanmayıb.) Odur ki, ölçü və tərəzini düz edin, camaatın malından kəsməyin və yer üzü (peyğəmbərlərin dəvəti və səmavi şəriətlər vasitəsilə) düzəldikdən sonra onda fitnə–fəsad törətməyin. Əgər imanınız varsa, bunlar sizin üçün daha yaxşıdır.
Kövsər Tağıyev:
Mədyən xalqına da qardaşları Şüeybi peyğəmbər olaraq göndərdik. Dedi ki: “Ey qövmüm! Allaha qulluq edin. Sizin üçün Ondan başqa heç bir ilah yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Artıq ölçünü və mizanı düz tutun. Nizama salındıqdan sonra yer üzündə fitnə-fəsad törətməyin. İnananlarsınızsa, bunlar sizin üçün xeyirlidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Mədyən camaatına onların qardaşı Şüeybi (göndərdik). O dedi: “Ey mənim camaatım! Allaha ibadət edin! Sizin Ondan başqa bir tanrınız yoxdur. Artıq Rəbbinizdən sizə aşkar bır dəlil gəldi. Ölçüyə və çəkiyə tam riayət edin! İnsanlar üçün bir şey çəkib-ölçəndə onu əksik etməyin, yer islah olunduqdan sonra orada fitnə-fəsad törətməyin! Əgər iman gətirmişsinizsə, bu sizin üçün daha yaxşıdır!”
Sabirə Dünyamalıyeva:
And olsun ki, Biz Mədyənə də qardaşları Şüeybi elçi göndərdik. Dedi ki: "Ey qövmüm! Allaha bəndəlik edin, sizin üçün Ondan başqa bir məbud yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir sübut gəldi: Artıq ölçüdə və çəkidə düz olun, camaatın malını əskik verməyin, sahmana salındıqdan sonra yer üzündə fitnə çıxarmayın; əgər inanan kəslərsinizsə, bu sizin üçün daha xeyirlidir!