Əlixan Musayev:
Zün-Nunu da (yada sal!) Bir zaman o qəzəbli (qövmündən) ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!”
Bünyadov-Məmmədəliyev:
Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbrsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hökmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”, -deyib dua etmişdi.
Elmir Quliyev
:
Помяни также человека в рыбе (Иунуса), который ушел в гневе и подумал, что Мы не накажем его. Он воззвал из мрака: "Нет божества, кроме Тебя! Пречист Ты! Воистину, я был одним из беззаконников!"
Ələddin Sultanov:
Zünnunu da (Yunisi də yad et)! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, (balığın qarnında) qaranlıqda ikən o, belə səslənmişdi: “(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”. (“Zünnun” Yunis peyğəmbərin ləqəbidir və “balıq sahibi” mənasına gəlir. Balıq onu udduğu üçün ona bu ləqəb verilmişdir. Yunis peyğəmbər uzun müddət qövmünü haqq dinə dəvət etmiş, ancaq insanların ona inanmayacağına qənaət gətirərək qəzəbli bir halda onları tərk edib getmişdi. Digər bir rəvayətə görə, Yunis peyğəmbər qövmünə, onlara bir bəla gələcəyini bildirmiş, ancaq daha sonra onlar tövbə etdikləri üçün bu bəla onlardan sovuşdurulmuşdur. Yunis peyğəmbər oradan uzaqlaşmış və bir gəmi ilə səfərə çıxmışdı. Ancaq batmaq üzrə olan gəminin yükünü azaltmaq üçün gəmidəkilər arasında püşk atılmış və bunun nəticəsində Yunis peyğəmbər dənizə atılmışdı. Dənizdə onu iri bir balıq udmuş və o da, balığın qarnında ikən yuxarıdakı ayədə qeyd edildiyi kimi Allaha dua etmişdi.)
Kerbelayi Malik ağa:
Zənnun (Yunus ə.s) qəzəblənib getmişdi. Beləcə ona müqtədir ola bilməyəcəyimizi (hökm edə bilməyəcəyimizi) zənn etdi. Sonra qaranlıqlar içində belə nida etdi: ‘Səndən başqa İlah yoxdur. Sən Sübhansan. Şübhəsiz ki, mən zalımlardan oldum.’
Ələsgər Musayev:
Zənnunə.
onda getdi o, qəzəbli halda və zənn etdi ki, Biz təqdir edə
bilmərik üzərində onun. Nida etdi zülmətdə ki: «Yoxdur Ilahi,
Səndən başqa. Sən Sübhansan! Həqiqətən, mən oldum
zalimlərdən!»
A.Mehdiyev və D.Cəfərli:
Və Zənnunu (balina yoldaşı Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarnının) qaranlıqlar(ı) içində səsləndi: «(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam.»
Kövsər Tağıyev:
Zünnunu da xatırla.2 Bir vaxt qəzəblənərək (qövmündən ayrılıb) getmiş, onu sıxıntıya salmayacağımızı zənn etmişdi. Amma sonra qaranlıqlar içində: “Səndən başqa heç bir ilah yoxdur. Səni nöqsanlardan uzaq tuturam. Mən, həqiqətən, (nəfsimə) zülm edənlərdən oldum”, – deyə dua etdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Zun-nunu da (yada sal). O zaman o qəzəblənib getdi və zənn etdi ki, Bizim ona gücümüz çatmaz. O, zülmətlər içərisində çağırdı: "Səndən başqa tanrı yoxdur, Sənə təriflər olsun! Mən doğrudan da haqsızlardan olmuşam".
Sabirə Dünyamalıyeva:
Və Zünnunu [qılınc sahibini, neynəvalını]; bir vaxt o, qəzəblənərək getmişdi və onu çətinliyə salmayacağımızı zənn etmişdi. Sonra da zülmətlər içindən: "Səndən başqa məbud deyə bir şey yoxdur! Səni pak tuturam. Şübhəsiz ki, mən səhv; öz zərərinə olan əməli işləyənlərdən oldum!" deyə xitab etmişdi.