Əlixan Musayev:
Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaqdır. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.
Bünyadov-Məmmədəliyev:
Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz (qiyamət günü) məhz Onun hüzuruna qaytarılacaqsınız! (Peyğəmbər əleyhissəlam üçün icrası əsla mümkün olmayan bu şeyləri ona qadağan etmək və tez-tez xatırlatmaq əslində müşriklərin və kafirlərin əllərini ondan üzmələri və mənasız təkliflərlə onu narahat etməmələri üçündür).
Elmir Quliyev
:
Не взывай наряду с Аллахом к другим богам. Нет божества, кроме Него! Всё погибнет, кроме Его Лика. Только Он принимает решения, и к Нему вы будете возвращены.
Ələddin Sultanov:
Allahla yanaşı başqa bir ilaha dua etmə! Ondan başqa heç bir ilah yoxdur. Ondan başqa hər şey yox olacaqdır. Hökm Onundur! Siz də Ona qaytarılacaqsınız.
Kerbelayi Malik ağa:
Allah ilə bərabər başqa bir İlaha dua etmə. Ondan başqa İlah yoxdur. Onun Zatı istisna olmaqla hər şey həlak olucudur. Hökm Onundur. Ona döndəriləcəksiniz.
Ələsgər Musayev:
Cag?rma Allahla yanas? ax?r Ilahi. Yoxdur Ilahi, ancaq Odur! Kulli sey h?lak olacaq, ancaq Onun v?chind?n basqa. Onun ucundur hokm etm?k v? Ona t?r?f muraci?t ed?c?ksiniz!
A.Mehdiyev və D.Cəfərli:
Və yeganə olan Allahla yanaşı başqa bir tanrı çağırma, Ondan başqa (heç) bir tanrı yoxdur. Yalnız Onun zatından başqa (vücudu mümkün olan) hər şey məhv və puç olmağa məhkumdur. (Çünki O, vücudu vacib olandır, varlıq aləmi üzərində) hakimiyyət (varlıq aləmində olan ən nüfuzlu əmr və bütün ixtilaflarda haqq üzrə hakimlik) Ona məxsusdur. Və (siz) Ona tərəf qaytarılacaqsınız!
Kövsər Tağıyev:
Sən Allah ilə yanaşı başqa bir ilaha tapınma. Ondan başqa heç bir ilah yoxdur. Ondan başqa hər şey yox olacaqdır. Hökm yalnız Onundur və siz mütləq Onun hüzuruna qaytarılacaqsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahla yanaşı başqa bir tanrıya ibadət etmə. Ondan başqa tanrı yoxdur. Ondan başqa hər şey məhv olacaqdır. Hökm ancaq Onundur və siz Ona da qaytarılacaqsınız.
Sabirə Dünyamalıyeva:
Və Allah ilə yanaşı başqa bir tanrıya ibadət etmə. Ondan başqa heç bir məbud yoxdur. Onun Zatından başqa hər şey yox olacaq. Qanun-qayda, yalnız Ona məxsusdur. Siz də ancaq Ona qaytarılacaqsınız.