İbrahim Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizdən əvvəlkilərin Nuh, Ad Səmud tayfalarının, onlardan sonrakıların xəbərləri sizə gəlib çatmadımı? Bu haqda Allahdan başqa heç kəs (heç )bilmir. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: “Biz sizinlə göndərilənlərə inanmırıq bizləri dəvət etdiyiniz (tövhid) barəsində şübhə doğuran şəkk içindəyik!”
Bünyadov-Məmmədəliyev:
Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının onlardan sonra gəlib getmiş, (saylarını təfsilatını) ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini (heyrətlərindən, qəzəblərindən özlərinin, yaxud danışmağa imkan verməmək üçün peyğəmbərlərin) ağızlarına qoyub: “Biz sizinlə göndərilənlərə (möcüzələrə peyğəmbərliyinizə) inanmırıq bizi dəvət etdiyiniz (din) barəsində möhkəm bir şəkk-şübhə içindəyik!” demişdilər.
Elmir Quliyev :
Разве до вас не дошли вести о народе Нуха (Ноя), адитах и самудянах? И тех, кто жил после них? Никто, кроме Аллаха, не ведает о них. К ним приходили посланники с ясными знамениями, но они клали пальцы в рот и говорили: "Мы не веруем в то, с чем вы посланы, и нас терзают смутные сомнения относительно того, к чему вы призываете".
Ələddin Sultanov:
Sizdən əvvəlkilərin Nuh, Ad Səmud qövmlərinin onlardan sonrakıların xəbərləri sizə gəlmədimi?! Allahdan başqası onları bilməz. Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirmiş, onlar isə əllərini ağızlarına qoyub: “Biz sizinlə göndərilənləri inkar edirik bizi dəvət etdikləriniz barəsində şəkk-şübhə içindəyik”, - demişdilər.
Kerbelayi Malik ağa:
Sizdən öncəkilərin Nuh, Ad Səmud qövmünün onlardan sonra gələnlərin xəbəri sizə gəlmədimi? Onları Allahdan başqası bilməz. Onların rəsulları onlara bəyyinələrlə (dəlillərlə) gəldilər. Lakin onlar əllərini ağızlarına apardılar (qəzəbləndilər) belə dedilər: ‘Həqiqətən biz onunla göndərildiyiniz şeyi inkar etdik. Şübhəsiz ki, bizi Özünə dəvət etdiyiniz şeyə qarşı tərəddüd edirik, şübhə içindəyik.’
Ələsgər Musayev:
Ə, gəlmədimi sizə o kəslərin xəbəri ki, sizdən qabaq var idilər Nuh qoumunun, Ad Səmud o kəslər ki, onlardan sonra var idilər Allahdan başqa heç kim onlar haqqında bilmir? Gəldi onlara rəsulları aydın bəyanatla. Onlar əllərini ağızlarına qoyub dedilər: «Biz inanmırıq ona ki, ilə göndərilibsiniz şəkk edirik ona ki, biz çağırısınız!
A.Mehdiyev və D.Cəfərli:
Məgər sizdən qabaqkıların Nuh, Ad Səmud qövmünün onlardan sonra olub (sayları hallarını) Allahdan başqa heç kəsin bilmədiyi kəslərin xəbəri sizə çatmayıb?! Peyğəmbərləri onlara (tovhid öz nübuvvətləri barədə) aydın dəlillər gətirdilər. Onlar isə peyğəmbərlərin əllərini ağızlarına qaytardılar (ki, sakit olun, yaxud öz əllərini öz ağızlarına qoydular ki, susun ya əllərini ağızlarına qoyub qəzəbdən sıxdılar) dedilər: «Biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik həqiqətən biz sizin, tərəfinə çağırdığınız şey (tovhid bütlərin batil olması etiqadı) barəsində tərəddüd doğuran qaranlıq bir şəkk içərisindəyik (din kitabınızı inkar edir, tovhid barəsindəki dəlillərinizi qənaətbəxş saymırıq).»
Kövsər Tağıyev:
Sizdən əvvəlki Nuh, Ad Səmud qövmlərinin onlardan sonrakıların ki, onları yalnız Allah bilir xəbəri sizə gəlmədimi? Onlara peyğəmbərləri möcüzələr gətirdilər, onlar (qəzəbdən barmaqlarını dişləmək üçün) əllərini ağızlarına aparıb: “Biz sizinlə göndəriləni inkar edirik. Bizi dəvət etdiyin şey barəsində dərin bir şübhədəyik”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sizdən əvvəlkilərin - Nuh, Ad, Səmud camaatının onlardan sonra ancaq Allahın bildiyi neçə-neçə tayfanın xəbərləri sizə gəlib çatmayıbmı? Onların peyğəmbərləri aydın dəlillərlə onların yanına gəldilər. Onlar isə əllərini ağızlarının üstünə qoyaraq: "Biz sizin gətirdiyiniz şeylərə inanmırıq. Bizi dəvət etdiyiniz şeylərə böyük şübhədəyik." - dedilər.
Sabirə Dünyamalıyeva:
Sizden əvvəlkilərin; Nuh qövmünün, Ad, Səmud onlardan sonra gələn qövmlərin xəbərləri sizə gəlib çatmadımı? Onları Allahdan başqası bilməz. Elçiləri onlara açıq-aşkar dəlillərlə gəldi, onlar isə əllərini, elçilərin ağızlarına apardılar. Və: "Biz sizinlə göndərilən şeyi bilə-bilə inkar etdik/inanmadıq şübhəsiz biz, bizi dəvət etdiyiniz şey haqqında qeyri-kafi məlumata sahibik şəkk-şübhə içindəyik" dedilər.