Kəhf Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa sən mağara Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən?
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Yoxsa əshabi-kəhfin Rəqimin (mağara Rəqqim əhlinin) ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən? (Xeyr, bu Bizim qüdrətimiz qarşısında adi bir işdir).
Elmir Quliyev :
Или же ты решил, что люди пещеры и Ракима (название селения, из которого вышли юноши, или плита, на которой были начертаны их имена) были самым удивительным среди Наших знамений?
Ələddin Sultanov:
Yoxsa Kəhf Rəqim əhlini möcüzələrimizin ən qəribəsimi zənn etdin?! (Təfsirçilərə görə, “Kəhf” dağda yerləşən geniş bir mağara deməkdir. Kafir hökmdarın zülmündən qaçıb bu mağaraya sığınan möminlərə Əshabi-kəhf deyilmişdir. “Rəqim” kəlməsinə gəldikdə, ona bu mağaranın yerləşdiyi dərə, yaxud bu mağaraya sığınan möminlərin adlarının yazıldığı kitabə kimi mənalar verilmişdir. Ancaq Səhihi-Buxaridə keçən İbn Abbasdan nəql olunan rəvayətə görə, Rəqim Əshabi-kəhfdən başqa üç nəfərlik bir qrupun adıdır. Onlar yağışlı bir havada bir mağaraya sığındıqları zaman mağaranın önünə böyük bir qaya düşmüş ağzını tamamilə örtmüşdü. Bu üç nəfərdən hər biri vaxtilə etdiyi gözəl bir əməli yad edib onun vasitəsi ilə Allahdan yardım diləmişlər. Onlardan hər biri dua etdikcə mağaranın ağzı tədricən açılmış nəhayət xilas olmuşlar.)
Kerbelayi Malik ağa:
Yoxsa sən Əshabi Kəhf Raqimin bizim qəribə ayələrimizdən biri olduğunumu güman etdin?
Ələsgər Musayev:
Yoxsa hesab edirsən ki, mağara əshabı Raqim Bizim ayətlərimizdən əcaib şey oldu?
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən? (Əksinə, yer üzündə olan zinətləri yaratmaq məhv etmək heyrətləndirici, canlıları öldürüb, Qiyamətdə yenidən diriltmək isə ondan da çox heyrət doğurandır.)
Kövsər Tağıyev:
Yoxsa sən (sadəcə) Əshabi-kəhf Əshabi-rəqimi bizim ibrətamiz dəlillərimizdən sandın?
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa sən elə düşünürsən ki, mağara Rəqim əhli ayələrimizdən olan bir möcüzə idi?
Sabirə Dünyamalıyeva:
Yoxsa sən, Böyük mağara Rəqim/Kitabə əhlinin təəccüb ediləcək işarətlərimizdən/nişanələrimizdən olduqlarını güman edirsən?