Zümər Surəsi 9. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər gecə saatlarını səcdə edərək ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən Rəbbinin rəh­­mətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi?) De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? (Bundan) ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”.
Bünyadov-Məmmədəliyev:
Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!”
Elmir Quliyev :
Неужели тот, кто смиренно проводит ночные часы, падая ниц и стоя, страшась Последней жизни и надеясь на милость своего Господа, равен неверующему? Скажи: "Неужели равны те, которые знают, и те, которые не знают?" Воистину, поминают назидание только обладающие разумом.
Ələddin Sultanov:
Yaxud gecə vaxtı səcdə edərək qiyamda duraraq ibadət edən, axirətdən çəkinən Rəbbinin mərhəmətinə ümid bəsləyən kimsə (inkar edən kimsə ilə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər bir olarmı?! Ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”.
Kerbelayi Malik ağa:
Gecə boyunca səcdə edərək qiyamda duraraq qanitin olan, axirətdən çəkinən (qorxan) Rəbbinin rəhmətini diləyənmi? De ki: ‘Heç bilənlə bilməyən bir olarmı? Ancaq Üluləlbab (daimi zikr sahibləri) təzəkkür edər.’
Ələsgər Musayev:
Ə, kim ki, mütidir gecə anında səcdə ayaq üstündə axirətdən həzər edir ümid edir rəhmətinə öz Rəbbinin...? De: «Bərabərdirmi o kəslər ki, bilirlər o kəslər ki, bilmirlər?» Həqiqətən, ağıl sahibləri yad edərlər!
A.Mehdiyev və D.Cəfərli:
(Əzab içində olan həmin kafir yaxşıdır) yoxsa gecənin saatlarını səcdə qiyam (ayaq üstə), itaət xüzu ilə (müticəsinə) keçirən, axirətdən (axirət əzabından) qorxan Rəbbinin mərhəmətinə ümid bəsləyən şəxs? De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?» Yalnız əsl ağıl sahibləri ibrət götürərlər.
Kövsər Tağıyev:
(Belə bir kimsə Allah qatından məqbuldur) yoxsa gecə vaxtlarında, səcdədə qiyamda, axirətdən qorxaraq Rəbbinin rəhmətinə ümid edərək itaət ibadət edən? De ki: “Heç bilənlərlə bilməyənlər bir olarmı?” Ancaq ağıl sahibləri öyüd götürərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
(Bu kafirmi yaxşıdır), yoxsa gecə anlarını sitayişdə keçirən, səcdə edib namaz qılan, axirətdən çəkinən öz Rəbbinin mərhəmətini diləyən? De: "Məgər bilənlərlə bilməyənlər eynidirlər?" Doğrudan da əql sahibləri düşünüb daşınarlar.
Sabirə Dünyamalıyeva:
Yaxud da gecə saatlarında qalxan, boyun əyib tabeçilik göstərərək, ayaq üstə duraraq, axirətdən çəkinərək daim müti dayanan Rəbbinin rəhmətinə ümid bəsləyən o kimsə, elə etməyənlə bir ola bilərmi? De ki: "Heç bilən kəslər bilməyən kəslər tay olarmı?" Həqiqətən, yalnız təmiz ağıl sahibi olanlar öyüd alar/layiqincə düşünər.