Əlixan Musayev:
(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.
Bünyadov-Məmmədəliyev:
Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!
Elmir Quliyev
:
А те, которые жили в доме (Медине) и обрели веру до них, любят переселившихся к ним и не ощущают никакой нужды в том, что им даровано. Они отдают им предпочтение перед собой, даже если они сами нуждаются. А те, кто уберегся от собственной скупости, являются преуспевшими.
Ələddin Sultanov:
Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlblərinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlblərində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır.
Kerbelayi Malik ağa:
Onlardan əvvəl (Mədinədə) yurd salmış və qəlblərində iman yerləşmiş olanlar, onların yanına hicrət edən kimsələri sevərlər. Onlara verilənlərə (qənimətlərə) görə özləri onlara möhtac olsa belə, qəlblərində bir hacət (həsəd, üzüntü) hissi duymazlar. Onları öz nəfslərindən üstün tutarlar. Kim nəfsini xəsislikdən qorusa, o təqdirdə onlar fəlaha (qurtuluşa) çatanlardır.
Ələsgər Musayev:
O kəslər ki, möhkəmləndilər öz diyarlarında və
imanda onlardan qabaq, sevirlər kəsi, hicrət edir tərəfinə
onların və tapmırlar ürəklərində hacət nədən ki, ətadır və
sevirlər üzərində nəfslərinin və əgər ola onlar ilə xəsislik. Kim
qoruyur huşsuzluqdan nəfsini, onlardır ki, nicat tapanlardır!
A.Mehdiyev və D.Cəfərli:
Həm də (ənsardan) o kəslər üçündür ki, hicrət və iman evini (Mədinə mühitini) özü üçün yurd seçib onlara tərəf hicrət edənləri sevər, onlara (mühacirlərə) verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olduqları halda onları özlərindən üstün tutarlar. Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır.
Kövsər Tağıyev:
Onlardan (mühacirlərdən) əvvəl o yurda (Mədinəyə) yerləşmiş və imanı da qəlblərinə yerləşdirmiş olanlar hicrət edənləri sevərlər. Onlara verilənlərdən ötrü ürəklərində bir narahatlıq hiss etməzlər. Özləri çox ehtiyac içində olsalar belə onları özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən, hərisliyindən qorunarsa, onlar məhz nicat tapanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan əvvəl bu yurdda [Mədinədə] və imanda qərar tutanlar [ənsarlar] onların yanına hicrət edib gələnləri sevərlər və onlara bəxş olunan (qənimətlərə) ürəklərində həsəd aparmazlar. Özləri sıxıntı içərisində olsa belə (onları) özlərindən üstün tutarlar. Kim nəfsinin tamahından qorunarsa onlar uğura qovuşanlardır!
Sabirə Dünyamalıyeva:
Onlardan əvvəl o yurda və imana yiyələnən kəslər də, özlərinə [öz yanlarına] hicrət edənləri sevər, onlara verilənlərə görə ürəklərində bir ehtiyac hiss etməzlər. Özlərinin ehtiyacları olsa belə, onları özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən özünü qorusa, məhz onlar, müvəffəqiyyətə nail olanlardır.