Əlixan Musayev:
və Quran oxuyum!” Kim doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. (Haqq yoldan) azana isə (belə) de: “Mən ancaq xəbərdar edənlərdənəm!”
Bünyadov-Məmmədəliyev:
Və mənə Quran oxumaq (buyurulmuşdur)!” Hər kəs doğru yolda olsa, yalnız özü (öz xeyri) üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan çıxsa, (ona) de: “Mən yalnız (insanları Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdənəm!” (Mənim vəzifəm ancaq dini təbliğ etməkdir. Həç kəsi iman gətirməyə məcbur edən deyiləm!)
Elmir Quliyev
:
и читать Коран". Кто следует прямым путем, тот поступает во благо себе. А тому, кто впал в заблуждение, скажи: "Я — всего лишь один из тех, кто предостерегает".
Ələddin Sultanov:
Quran oxumağım da (əmr olunmuşdur). Artıq kim doğru yolu tutarsa, ancaq özü üçün doğru yolu tutmuş olar. Kim doğru yoldan azarsa, de ki: “Mən yalnız xəbərdar edənlərdənəm”.
Kerbelayi Malik ağa:
‘Quranı oxumaqla (əmr olundum). Kim hidayətə ərərsə, o təqdirdə yalnız öz nəfsi üçün hidayətə ərər. Kim dəlalətdə qalarsa, o zaman Mən yalnız xəbərdar edənlərdənəm.’ de.
Ələsgər Musayev:
və Qur’an tilavat edim!» Kim hidayət tapırsa, ancaq öz nəfsi üçün hidayət tapır. Və kim zəlalətdədirsə, de: «Mən, ancaq nəzərə çatdıranlardanam».
A.Mehdiyev və D.Cəfərli:
(Mənə buyurulmuşdur ki,) bu Qur’anı (camaat üçün) oxuyam. Kim düz yola gəlsə, yalnız öz xeyrinə yol tapmışdır və kim yoldan azsa, de ki; «Mən yalnız qorxudanlardanam (və həqiqi hidayət mənim əlimdə deyildir)».
Kövsər Tağıyev:
və Qur`an oxumaq əmr olundu”. Artıq kim doğru yola yönəlsə, ancaq özü üçün yönələr. Kim də doğru yoldan azsa, de ki: “Mən sadəcə xəbərdar edənlərdənəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
və Quranı oxuyum."Kim düz yolla gedərsə, o, özü üçün gedər. Kim yoldan azarsa, de: "Mən ancaq xəbərdarlıq edən, öyüd-nəsihət verənlərdənəm."
Sabirə Dünyamalıyeva:
Və Mən müsəlman olmağımla və Quranı oxuyub izləməyimlə əmr olundum. Artıq kim yönəldildiyi haqq yola düşsə, yönəldildiyi haqq yola ancaq özü üçün düşmüş olar; kim yoldan azarsa, dərhal, 'Mən sadəcə xəbərdarlıq edənlərdənəm.'