Əlixan Musayev:
Allaha qarşı yalan uydurandan və ya özünə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur”– söyləyəndən və: “Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm”– deyəndən daha zalım kim ola bilər? Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!”(– dediklərini )bircə görəydin.
Bünyadov-Məmmədəliyev:
Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Quran) kimi bir kitab endirəcəyəm”, - deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çapalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!
Elmir Quliyev
:
Кто может быть несправедливее того, кто возводит навет на Аллаха или говорит: "Мне дано откровение", — хотя никакого откровения ему не дано, или говорит: "Я ниспошлю подобное тому, что ниспослал Аллах"? Если бы ты видел беззаконников, когда они оказываются в предсмертной агонии, и ангелы простирают к ним свои руки: "Отдайте свои души! Сегодня вам воздадут унизительными мучениями за то, что вы говорили об Аллахе неправду и превозносились над Его знамениями".
Ələddin Sultanov:
Allaha iftira yaxan, yaxud özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur!” - deyən və: “Mən də Allahın endirdiyinin (endirdiyi ayələrin) bənzərini endirəcəyəm!” - deyən kimsədən daha zalım kim ola bilər?! O zalımlar ölümün (boğucu) dalğaları içində ikən mələklər də əllərini uzadıb (onlara): “Çıxarın canlarınızı! Allaha qarşı yalan sözlər danışdığınıza və Onun ayələrinə qarşı təkəbbür göstərdiyinizə görə siz bu gün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” - deyərkən onların halını bir görəydin. (Müsəyləmətül-kəzzab və Əsvədül-Ənsi kimi yalançı peyğəmbərlər: “Bizə də vəhy gəlir!” - deyərək yalandan peyğəmbər olduqlarını iddia edirdilər. Yuxarıdakı ayə bu kimi insanlar haqqında nazil olmuşdur.)
Kerbelayi Malik ağa:
Allaha yalanla iftira atan və ya özünə heç bir şey vəhy olunmamışkən ‘Mənə də vəhy olundu.’ deyəndən və ‘Mən də Allahın endirdiyi şeylərin bənzərini endirəcəyəm.’ deyəndən daha zalım kim vardır? Zalımları ölümün şiddət halında ikən və ölüm mələkləri əllərini uzadıb: ‘Nəfslərinizi çıxarın. Bu gün Allaha qarşı haqq olmayan şeylər söylədiyiniz və Onun ayələrinə qarşı təkəbbür göstərdiyiniz üçün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız.’ dedikləri zaman bir görsən.
Ələsgər Musayev:
Kimdir zalim o kəsdən ki, iftira edə Allahın üzərinə yalanı, ya deyir: «Mənə öyrədilir», - bir halda ki, ona öyrədilmirdi bir şey və kim ki, dedi: «Mən də Allah nazil edənin mislini nazil edərəm!»? Əgər görəsən onda ki, zalimlər ölüm çətinliyinə düşüblər və mələklər əllərini açıb onlara deyirlər: «Xaric edin nəfsinizi, bu gün cəzalanacaqsınız alçaldıcı əzabla, nə ilə ki, oldunuz deyənlər üzərinə Allahın qeyri haqq və onun ayətlərinə qarşı təkəbbürlük etdiniz!»
A.Mehdiyev və D.Cəfərli:
Kim Allaha yalan nisbət verən kəsdən, yaxud ona heç bir vəhy edilmədiyi halda «mənə vəhy olunmuşdur» deyən şəxsdən və «mən də tezliklə Allahın nazil etdiyi kimi nazil edəcəyəm!» deyən kəsdən daha zalım ola bilər? Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər də əllərini (onlara tərəf) açıblar (və onların üstünə qışqırırlar) ki: «canlarınızı bədəndən özünüz çıxarın, (yaxud) canlarınızı bizim çəngimizdən qurtarın! (Bərzəx aləminə daxil olmaq günü olan) bu gün Allah barəsində haqsız dediklərinizin və Onun ayə və nişanələrinə (onları qəbul etmək və təslim olmaq müqabilində) təkəbbür göstərməyinizin cəzası olaraq alçaldıcı bir əzabla cəzalandırılacaqsınız.
Kövsər Tağıyev:
Allaha qarşı yalan uyduran və ya özünə bir şey vəhy edilmədiyi halda: “Mənə vəhy olundu” deyən, ya da: “Allahın endirdiyinin bənzərini mən də endirəcəyəm”5 deyən kimsədən daha zalım kim ola bilər? Zalımların şiddətli ölüm sancıları içində çırpındığı, mələklərin əllərini uzadaraq: “İndi canlarınızı qurtarın! Allaha qarşı doğru olmayanı söylədiyiniz və Onun ayələrindən kibrlənərək üz döndərdiyiniz üçün bu gün alçaldıcı bir əzab ilə cəzalandırılacaqsınız”, – deyəcəkləri zaman onların hallarını bir görəydin!
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha qarşı yalan uydurandan və ya özünə heç nə vəhy olunmadığı halda: "Mənə vəhy olunmuşdur." -söyləyəndən və "Allahın nazil etdiyi kimi mən də nazil edərəm" - deyəndən daha zalımı kimdir? - zalımların ölüm girdabında olduğunu, mələklərin isə əllərini uzadaraq: "Canınızı çıxardıb (verin)! Allaha qarşı haqsız sözlər dediyinizə və Onun ayələrinə təkəbbürlə yanaşdığınıza görə bu gün sizi alçaldıcı əzabla cəzalandıracağıq." - (de-diklərini) bir görəydin!
Sabirə Dünyamalıyeva:
Və Allaha qarşı yalan uydurandan və ya özünə heç bir şey vəhy edilmədiyi halda "Mənə vəhy olundu" deyəndən və "Allahın nazil etdiyi kimi mən də nazil edəcəyəm" deyəndən daha səhv; öz zərərinə olan əməli işləyən kim ola bilər? Şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəsləri ölümün şiddəti içində olduqları halda, [bu iş üçün tapşırıq alan] qüvvələr də əllərini onlara uzadıb, "Canlarınızı çıxarın. Bu gün, Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə qarşı təkəbbürlənməyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" deyərkən bir görəsən!