Kəhf Surəsi 94. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc Məcuc (tayfaları) yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən bizimlə onlar arasında bir sədd düzəldəsən?”
Bünyadov-Məmmədəliyev:
Onlar (tərcüməçi vasitəsilə) dedilər: “Ey Zülqərneyn! Yəcuc–Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək olarmı?”
Elmir Quliyev :
Они сказали: Зуль Карнейн! Йаджудж и Маджудж (Гог и Магог) распространяют на земле нечестие. Быть может, мы уплатим тебе дань, чтобы ты установил между нами и ними преграду?"
Ələddin Sultanov:
Onlar dedilər: “Ey Zülqərneyn! Həqiqətən, Yəcuc Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onların arasında bir sədd çəkəsən deyə sənə müəyyən məbləğ verəkmi?”
Kerbelayi Malik ağa:
‘Ey Zülqərneyn! Şübhəsiz ki yəcüc məcüc yer üzündə fitnə-fəsad çıxaranlardır. Bu səbəblə, onlarla bizim aramızda bir sədd düzəltməyin üçün sənə xərclik verəkmi?’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Ay Zilqərnəyni! Həqiqətən, Yəcuc Məcuc ərzdə fəsad edirlər. Biz sənin üçün xərc edəkmi, bizimlə onların arasında sədd edəsən?»
A.Mehdiyev və D.Cəfərli:
Onlar (bir yolla) dedilər: «Ey Zülqərneyn, həqiqətən (Nuhun oğlu Yafəsin nəslindən olan) Yə’cuc Mə’cuc (adlı iki tayfa) bu yerdə fəsad törədirlər (bizi öldürür, var-yoxumuzu qarət edirlər). Bizimlə onların arasında bir sədd düzəltməyin üçün sənə bir xərclik (muzd) təyin edək?»
Kövsər Tağıyev:
Dedilər ki: “Ey Zülqərneyn! Yəcuc Məcuc (adlı qövmlər) yer üzündə fitnə-fəsad törədirlər. Onlarla bizim aramızda bir sədd çəkməyin müqabilində sənə bir vergi verəkmi?”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər “Ey Zülqərneyn! Yə'cuc Mə'cuc tayfaları bu yerlərdə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac [vergi] verək sən bizimlə onlar arasında bir sədd düzəldəsən?.”
Sabirə Dünyamalıyeva:
Söz anlamaz tayfa [Xeybər yəhudiləri] dedilər ki: "Ey iki çağın sahibi! Şübhəsiz ki, axın edənlər[#289] onların sərkərdələri [Məhəmməd ordusu] bu torpaqları xarab edir [əkinçiliklə məşğul olmağı bilmirlər, torpağı heyif edirlər]. Buna görə, sənin bizimlə onlar arasında bir sənəd tərtib etməyin şərti ilə, sənə bir vergi versək olarmı?"