Əlixan Musayev:
De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk (elçi) göndərərdik”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Əgər yer üzündə (siz insanlar kimi) arxayın gəzib dolaşanlar mələklər olsaydı (yer üzünün əhalisi mələklərdən ibarət olsaydı), sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!”
Elmir Quliyev
:
Скажи: "Если бы по земле спокойно ходили ангелы, то Мы отправили бы к ним посланником с неба ангела".
Ələddin Sultanov:
De: “Əgər yer üzündəkilər arxayın gəzən mələklər olsaydı, əlbəttə, onlara peyğəmbər olaraq göydən bir mələk göndərərdik”.
Kerbelayi Malik ağa:
De ki: ‘Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə onlara səmadan mələk rəsul endirərdik.’
Ələsgər Musayev:
De: «Əgər ərzdə əmin-amanlıqla
gəzənlər mələklər olsa idi, Biz nazil edərdik səmadan onlara
mələk rəsul».
A.Mehdiyev və D.Cəfərli:
De: «Əgər yer üzündə arxayın hərəkət edənlər (Allah xofu olmayan və peyğəmbərlərin göndərilməsinə möhtac) mələklər olsaydı, göydən onlar üçün peyğəmbərliyə mütləq bir mələk nazil edərdik» (çünki yer əhli göydən hidayət olunmalı və peyğəmbərlə onun ümməti arasında cinsi uyğunluq olmalıdır).
Kövsər Tağıyev:
De ki: “Əgər yer üzündə (insanlar əvəzinə) arxayınlıq içində gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk peyğəmbər endirərdik”.
M.Qənioğlu və T.Bilaloğlu:
De ki, əgər yer üzündə rahat gəzib dolaşanlar (insan deyil) mələklər olsaydı, Biz də göydən onlara mələyi peyğəmbər kimi göndərərdik.
Sabirə Dünyamalıyeva:
Və insanlara yol göstərən/Quran gəldikdə, onların iman etmələrinə, ancaq "Allah bir bəşəri elçi göndərdi?" demələri mane olur.