Əlixan Musayev:
Allah kimi doğru yola yönəldirsə, o, doğru yoldadır. Kimi azdırırsa, onlara Ondan başqa dostlar tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların sığınacaqları yer Cəhənnəmdir. (Onun alovu) azaldıqca onlar üçün alovu artıracağıq.
Bünyadov-Məmmədəliyev:
Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı kəs üçünsə (Allahdan) başqa dostlar tapa bilməzsən. Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik. Onların düşəcəkləri yer Cəhənnəmdir. Cəhənnəm odu azaldıqca onların (bədənlərinin) alovunu artıracağıq!
Elmir Quliyev
:
Тот, кого Аллах ведет прямым путем, следует прямым путем. А для того, кого Аллах вводит в заблуждение, ты не найдешь покровителей вместо Него. В День воскресения Мы соберем их лежащими ничком, слепыми, немыми, глухими. Их пристанищем будет Геенна. Как только она утихает, Мы добавляем им пламени.
Ələddin Sultanov:
Allah kimə hidayət verərsə, o doğru yoldadır, kimi də (haqq yoldan) azdırarsa, onlar üçün Allahdan başqa dostlar tapa bilməzsən. Qiyamət günü onları kor, lal və kar olaraq üzü üstə bir yerə yığacağıq. Onların sığınacağı yer cəhənnəmdir. Alov azaldıqca onların alovunu artıracağıq.
Kerbelayi Malik ağa:
Allah kimi hidayət etsə, artıq o hidayətə ərmişdir və kimi dəlalətdə buraxsa, o təqdirdə onlar üçün Ondan (Allahdan) başqa dost tapa bilməzsən. Qiyamət günü onları kor, lal və kar olaraq üzü üstə (sürünərək) həşr edərik. Onların məvisi (qalacaqları yer) cəhənnəmdir. Biz, onlar üçün alov hər dəfə azaldıqca (alovu) artırarıq.
Ələsgər Musayev:
Kimi Allah hidayət etdi və o, hidayət olunub. Kim ki,
zəlalətə düşdü, tapa bilməzsən onlar üçün Onun əvəzinə dost.
Qiyamətin günündə toplayarıq onları üzləri üstə kor və lal və
kar halda. Onların sığınacağı yer cəhənnəmdir. Külli nə ki,
onun odu azaldı, artırarıq onların alovunu.
A.Mehdiyev və D.Cəfərli:
Allah kimi hidayət etsə, odur (əsl) doğru yolda olan və kimi öz azğınlığında boşlasa, onlar üçün Allahdan başqa heç bir köməkçi və başçı tapmazsan. Qiyamət günü onları kor, lal və kar halda üzləri üstə məhşərə gətirəcəyik (onlar üzləri üstə yeriyərlər, yaxud üzləri üstə süründürülərlər). Onların yeri Cəhənnəmdir. Hər zaman onun alovu azalsa, onlara bir şölə artırarıq.
Kövsər Tağıyev:
Allah kimə hidayət edərsə, artıq o doğru yolun yolçusudur. Kimi də zəlalətə düçar edərsə, belələri üçün Ondan başqa dostlar tapa bilməzsən. Onları qiyamət günü kor, lal və kar olaraq üzü üstə həşr edəcəyik. Gedəcəkləri yer cəhənnəmdir. Cəhənnəmin odu azaldıqca alovu onlara bir az da artırarıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah kimə düz yol göstərərsə, o, düz yolla gedər, kimi azdırarsa, sən onlar üçün Ondan başqa himayəçilər tapa bilməzsən. Qiyamət günü Biz onları üzüstə düşmüş kor, lal və kar olmuş halda bir yerə toplayacağıq. Onların yeri cəhənnəmdir. Alovu azaldıqca Biz onlar üçün onu artıracağıq.
Sabirə Dünyamalıyeva:
Və Allah kimə bələdçi olsa, bax o, doğru yolu tapar. Kimi də yoldan azdırsa, artıq onun üçün Allahın altındakılardan heç bir köməkçi, himayəçi, yol göstərən yaxın kimsə tapa bilməzsən. Və Biz, onları qiyamət günü, kor, lal və kar bir halda üzü üstə bir yerə yığacağıq. Onların gedəcəkləri yer Cəhənnəmdir. Cəhənnəm səngiyəndə, onların odunu artırarıq.