Əlixan Musayev:
haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. (Onlar deyəcəklər:) “Vay halımıza! Biz bundan qafil idik. Üstəlik zalım da olmuşuq!”
Bünyadov-Məmmədəliyev:
Doğru vəd (qiyamət günü) yaxınlaşdıqda kafir olanların gözləri (dəhşətdən) dərhal bərəlib: “Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım olmuşuq (peyğəmbərlərin dediklərinə inanmamaqla zülm etmişik)!” – deyərlər.
Elmir Quliyev
:
Приблизится истинное обещание, и тогда закатятся взоры неверующих. Они скажут: "О горе нам! Мы беспечно относились к этому. Более того, мы были беззаконниками".
Ələddin Sultanov:
Haqq olan vəd (qiyamət günü) yaxınlaşdığı zaman birdən kafir olanların gözləri bərələr (və belə deyərlər): “Vay halımıza! Həqiqətən, biz bundan xəbərsiz idik. Əksinə, biz zalım kimsələrmişik”.
Kerbelayi Malik ağa:
Haqq vəd yaxınlaşdı. O zaman kafir olanların gözləri (qorxu ilə) böyüyər. (Deyərlər ki): ‘Vay halımıza. Biz bundan qəflət içindəydik. Məgər biz zalımlar olmuşuq (özümüzə zülm etmişik).’
Ələsgər Musayev:
Yaxın olar haqq vədəsi və onda ki, o şəxsey edər gözləri
bərəlmiş halda, o kəslər ki, kafirdirlər. «Vay olsun bizə! Biz,
bundan qəflətdə olduq! Bəli! Biz, zalimlərdən olduq!»
A.Mehdiyev və D.Cəfərli:
Haqq olan vəd (Qiyamət) yaxınlaşar, beləliklə kafirlərin gözləri qəflətən (mənzərənin əzəmətindən və dəhşətindən) bərələ və hərəkətsiz qalar (və fəryad qopararlar ki:) «Vay olsun bizə ki, bu çətin (gün)dən qəflətdə olmuşuq; biz hətta zalım bir dəstə olmuşuq (və qəflətimiz öz zülmlərimizin nəticəsində yaranıb).»
Kövsər Tağıyev:
Gerçək vəd (qiyamətin qopması) yaxınlaşır. Bir də görərsən ki, inkar edənlərin gözləri bərələ qalmışdır. “Vay halımıza! Doğrusu, biz bundan qafil idik. Hətta biz zalım kəslərmişik”, – deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Haqq olan vəd [qiyamət] yaxınlaşanda kafirlərin gözləri bərələcək: "Vay halımıza ki, biz bundan bixəbər olmuşuq! Bəli, biz haqsız olmuşuq". - (deyəcəklər).
Sabirə Dünyamalıyeva:
Və gerçək vəd yaxınlaşdığı zaman kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş olan kəslərin] gözləri bərələr: "Vay halımıza! Həqiqətən biz bundan qafil/xəbərsiz idik. Əslində biz səhv; öz zərərinə olan əməli işləyən kəslər idik."