Əlixan Musayev:
Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?
Bünyadov-Məmmədəliyev:
Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Bu sənin işin deyildir. Sənin vəzifən ancaq islamı təbliğ etməkdir).
Elmir Quliyev
:
Если бы твой Господь пожелал, то уверовали бы все, кто на земле. Разве ты стал бы принуждать людей обратиться в верующих?
Ələddin Sultanov:
Əgər Rəbbin diləsəydi, yer üzündəkilərin hamısı birlikdə iman gətirərdilər. Elə isə, insanları iman gətirməyə sənmi məcbur edəcəksən?!
Kerbelayi Malik ağa:
Əgər sənin Rəbbin diləsəydi, yer üzündə olanların hamısı birlikdə əlbəttə iman edərdilər. Yoxsa sən insanları mömin olana qədər məcbur edəcəksən?
Ələsgər Musayev:
Əgər Rəbbin istəyə, kim ki, ərzdə var, hamısı
cəmiyyən inanardı. Ə, sən insanları ikrahla məcbur edəcəksən
ona ki, ta inananlar olsunlar?
A.Mehdiyev və D.Cəfərli:
Və əgər sənin Rəbbin (yaradılış iradəsi ilə) istəsəydi, yer üzündə olanların hamısı mütləq bütünlüklə məcburi surətdə iman gətirərdilər. (Lakin Allah məcburiyyət olmadan iman gətirilməsini buyurmuşdur.) Yoxsa sən camaatı zorla mömin olmağa məcbur edəcəksən?!
Kövsər Tağıyev:
Musa: “Ey qövmüm! Əgər siz, həqiqətən, Allaha iman etmisinizsə, Ona təslim olan kəslərsinizsə, yalnız Ona təvəkkül edin”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sənin Rəbbin istəsəydi, yer üzündəki (insanların) hamısı iman gətirərdi. Məgər sən insanları mömin olmağa məcbur edəcəksən?
Sabirə Dünyamalıyeva:
Halbuki, Rəbbin istəsəydi, əlbəttə yer üzündə olanların hamısı birdən inanardı. Artıq, insanları inanan kəslər olmağa sənmi məcbur edəcəksən?