Əlixan Musayev:
Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın, gözləmə müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Onları, açıq-aşkar zinakarlıq etmələri istisna olmaqla, öz evlərinizdən qovub çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hüdudlarıdır. Allahın qoyduğu hüdudları aşan kimsə özünə zülm etmiş olar. Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini sayın. Rəbbiniz olan Allahdan qorxun. Onları – açıq-aşkar bir pis iş (zina) etməyənə qədər – (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar).
Elmir Quliyev
:
О Пророк! Когда вы даете женам развод, то разводитесь в течение установленного срока, ведите счет этому сроку и бойтесь Аллаха, вашего Господа. Не выгоняйте их из их домов, и пусть они не выходят из них, если только они не совершат явную мерзость. Таковы ограничения Аллаха. Кто преступает ограничения Аллаха, тот поступает несправедливо по отношению к себе. Ты не знаешь, что Аллах, возможно, после этого решит иначе.
Ələddin Sultanov:
Ey Peyğəmbər! Qadınları boşayacağınız zaman onları gözləmə müddətləri ərzində boşayın və gözləmə müddətini hesablayın! Rəbbiniz olan Allahdan qorxun və açıq-aşkar bir əxlaqsızlıq etmələri istisna olmaqla, onları (gözləmə müddəti ərzində) evlərindən çıxartmayın, özləri də çıxmasınlar! Bu, Allahın qoyduğu hüdudlardır. Kim Allahın hüdudlarını aşarsa, özünə zülm etmiş olar. Sən bilə bilməzsən. Ola bilsin ki, Allah bundan sonra bir çıxış yolu ortaya qoyar (onları barışdırar).
Kerbelayi Malik ağa:
Ey nəbi! Qadınları boşadığınız zaman onların iddətlərini (gözləmə müddətini) hesablayaraq iddətlərində boşayın. Rəbbiniz Allaha qarşı təqva sahibi olun. Onları evlərindən siz çıxartmayın, açıq-aşkar zinakarlıq etmələri istisna olmaqla, onlar da (evlərindən) çıxmasınlar. Bunlar Allahın hüdudlarıdır. Kim Allahın hüdudlarını aşarsa, o zaman öz nəfsinə zülm etmiş olur. Sən bilməzsən, ola bilsin ki, Allah bundan sonra bir iş meydana gətirər (başqa bir qapı açar).
Ələsgər Musayev:
Ay nəbi! Onda ki,
talaq verirsiniz qadınlara və onda talaq edin onlarla təyin
olunduğu vaxtlarında və hesablayın iddəni və qorxun Allahdan
– Rəbbinizdən! Xaric etməyin onları evlərindən və xaric
etməyin onları, ancaq aşkar fahişəlik edərlərsə. Bu, hüdududur
Allahın. Kim adlayarsa hüdudunu Allahın, fəqət öz nəfsinə
zülm edər. Sən bilmirsən, ola ki, Allah gətirər bundan sonra bir
əmri.
A.Mehdiyev və D.Cəfərli:
Ya Peyğəmbər, qadınlara təlaq vermək istədikdə, onlara «iddə» vaxtında təlaq verin (elə bir vaxtda ki, iddəyə başlamaq mümkün olsun, yəni heyzdən pak olduqları və ərləri ilə cinsi əlaqədə olmadıqları vaxt) və iddəni hesablayın və Rəbbiniz olan Allahdan qorxun; açıq-aşkar çirkin bir əməl etməyincə, (iddə zamanı) onları (yaşadıqları) evdən çıxarmayın və onlar da çıxmasınlar. Bunlar Allahın hüdudları və sərhədləridir. Kim Allahın hüdudlarından kənara çıxsa, həqiqətən, özünə zülm etmiş olar. Sən (ey kişi) nə bilirsən, (və o qadın nə bilir) ola bilsin ki, Allah ondan (o təlaqdan) sonra (iki tərəf arasında sülh baxımından) bir iş icad etsin.
Kövsər Tağıyev:
Ey Peyğəmbər! Qadınları boşamaq istədiyiniz zaman onları iddətlərini nəzərə alaraq (təmizlik halında) boşayın və iddəti sayın. Rəbbiniz olan Allaha qarşı gəlməkdən çəkinin. Aşkar həyasızlıq etmələri xaricində onları (gözləmə müddəti boyunca) evlərindən çıxarmayın, özləri də çıxmasınlar. Bunlar Allahın hədləridir. Kim Allahın hədlərini aşarsa, şübhəsiz, özünə zülm etmiş olar. Bilə bilməzsiniz, ola bilər ki, Allah bundan sonra yeni bir vəziyyət yaradar.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey peyğəmbər, qadınları boşamaq istəyəndə iddə vaxtı (bir aybaşından sonra) boşayın, iddəni hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Aşkar bir qəbahət işlətməyiblərsə. onları öz evlərindən qovub çıxartmayın, onlar da çıxmasınlar. Allahın qoyduğu hüdudlar budur. Kim Allahın qoyduğu hüdudları aşarsa, özünə zülm etmiş olar. Sən bilmirsən, bəlkə də Allah bundan sonra başqa bir vəziyyət yaradar.
Sabirə Dünyamalıyeva:
Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları iddə müddətində boşayın və iddəni hesablayın. Və Rəbbiniz Allahın mühafizəsi altına daxil olun. Açıq-aşkar bir azğınlıq, iffətsizlik etməyincə, onları evlərindən çıxarmayın, onlar özləri də çıxmasınlar. Bunlar Allahın [müəyyən etdiyi] hədlərdir. Kim, Allahın hədlərindən kənara çıxsa, əlbəttə özünə haqsızlıq etmiş olar. Sən nə bilirsən, ola bilər ki, Allah bundan sonra bir iş ortaya çıxarsın.