Əlixan Musayev:
Onlar cinləri Allaha şərik qoşdu-lar. Halbuki onları da (Allah) yaratmışdır. Onlar (Allah haqqında) bir şey bilmədən Onun üçün özlərindən oğullar və qızlar uydurdular. Allah onların uydurduqları sifətlərdən uzaqdır və ucadır.
Bünyadov-Məmmədəliyev:
Cinləri (Allah) yaratdığı halda, (kafirlər və cahillər) onları Allaha şərik qoşdular, (nəyə inandıqlarını, nə danışdıqlarını) bilmədən (özlərindən) Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır) və yüksəkdə durur.
Elmir Quliyev
:
Они приобщили к Аллаху в сотоварищи джиннов, а ведь Он создал их. Они выдумали для Него сыновей и дочерей, не имея об этом никакого знания. Пречист Он и превыше всего, что они приписывают Ему.
Ələddin Sultanov:
Onlar cinləri Allaha şərik qoşdular. Halbuki, onları da Allah yaratmışdır. Heç bir məlumatları olmadan Onun üçün oğullar və qızlar uydurdular. Allah, onların iddia etdiyi sifətlərdən uzaq və ucadır. (Bəzi bütpərəstlər cinləri Allaha şərik qoşur və onlara sitayiş edirdilər. Bundan əlavə, yəhudilər Üzeyr peyğəmbəri, xristianlar isə İsa peyğəmbəri Allahın oğlu hesab edirdilər. Bəzi müşriklər də mələklərin Allahın qızları olduğunu iddia edirdilər. Yuxarıdakı ayədə Allah-Təala bütün bu iddiaların batil olduğunu və Özünün belə xüsusiyyətlərdən uzaq olduğunu bildirir.)
Kerbelayi Malik ağa:
Cinləri Allaha şərik qoşdular. Onları da Allah yaratdı. Elmləri olmadan ‘Onun oğulları və qızları var’ yalanını uydurdular. O Sübhandır, uydurduqları sifətlərdən ucadır.
Ələsgər Musayev:
Etdilər Allah üçün cinlərdən şərik, bir surətdə ki, onları O xəlqq edibdir və elmsizlikdən Onun üçün oğlanlar və qızlar uydurdular. O Sübhandır və Alidir nədən ki, vəsf edirlər!
A.Mehdiyev və D.Cəfərli:
(Müşriklər) cindən Allaha şəriklər qoşdular, halbuki onları Allah yaratmışdır (və yaradılmışın rübubiyyətdə yaradanın şəriki olması qeyri-mümkündür). Nadanlıqdan Onun üçün oğul və qızlar uydurdular. Allah onların vəsf etdiklərindən pak və ucadır.
Kövsər Tağıyev:
Bir də cinləri Allaha şərik qoşdular. Halbuki onları O yaratdı. Onlar heç nə bilmədən Allaha oğullar və qızlar da uydurdular. O, onların vəsf etdiklərindən uzaqdır, ucadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar cinləri də Allaha şərik qoşdular, halbuki onları da Allah yaratmışdır. Özləri bir şey bilmədən Onun adına oğullar və qızlar uydurdular. Ona təriflər olsun! O, onların təsəvvür etdiklərinin fövqündədir.
Sabirə Dünyamalıyeva:
Və onlar görünməz güc və varlıqları Allaha şərik qəbul etdilər. Halbuki onları O əmələ gətirmişdir. Xəbərləri olmadığı halda da oğullar, qızlar uydurdular. -Onun şanı onların vəsf etdikləri pak və ucadır.