Əlixan Musayev:
(De:) “Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim (onları) görsə, (xeyri) onun özünə, kim kor olsa (zərəri) onun öz əleyhinə olar. Mən sizin üstünüzdə gözətçi deyiləm”.
Bünyadov-Məmmədəliyev:
Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir. Mən sizə nəzarətçi deyiləm. (Mənim vəzifəm ancaq dini təbliğ etməkdir)
Elmir Quliyev
:
Скажи: "К вам уже явились наглядные знамения от вашего Господа. Кто узрел, тот поступил во благо себе, а кто был слепым, тот навредил себе. Я не являюсь вашим хранителем".
Ələddin Sultanov:
Rəbbinizdən sizə bəsirət (görüb dərk etmə qabiliyyəti) gəlmişdir. Kim görərsə, bu öz lehinə, kim də görməzsə, bu onun əleyhinədir. Mən sizin üstünüzdə gözətçi deyiləm. (Allah-Təala insanlara cisimləri görmələri üçün göz verdiyi kimi, həqiqətləri görmələri üçün də qəlb gözü olan idrak qabiliyyəti vermişdir. Kim bu qabiliyyətini doğru yolda işlətməzsə, özünə zərər vermiş olar.)
Kerbelayi Malik ağa:
Rəbbinizdən sizə bəsirətlər (qəlb gözlərinə görmə qabiliyyəti) gəlmişdir. Artıq kim bu bəsirətlə (qəlb gözüylə) görərsə, onun lehinədir (öz nəfsi üçündür). Kimin də bəsirəti (qəlb gözü) kor qalarsa, o təqdirdə onun əleyhinədir. Mən sizin üzərinizdə mühafiz deyiləm.
Ələsgər Musayev:
Əlbəttə, gəldi sizə Rəbbinizdən bəsirət. Kim bəsirətlidir, öz nəfsi üçündür və kim kordur, öz əleyhinədir və mən üzərinizdə mühafiz deyiləm!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Rəbbiniz tərəfindən sizə düşündürən (Qur’an və vəhy) gəlmişdir. Beləliklə, kim görsə öz xeyrinədir və kim kor olsa öz ziyanınadır. Mən sizə gözətçi deyiləm (xilqətin əvvəlindən sizi əyriliklərdən qoruyan deyiləm, yalnız çatdıran və qorxudanam).
Kövsər Tağıyev:
Rəbbinizdən sizə gerçəkləri göstərən dəlillər gəldi. Artıq kim gözünü açar, haqqı idrak edərsə, öz xeyrinə, kim də (haqqın qarşısında) korluq edərsə, öz zərərinədir. Mən sizə gözətçi deyiləm.
M.Qənioğlu və T.Bilaloğlu:
Rəbbinizdən sizə dəlillər gəlmişdir. Kim bəsirət gözünü açıb görərsə, (xeyri) özü üçündür, kim onlara göz yumarsa özünə qarşı çıxmış olar. Mən sizin üçün nəzarətçi deyiləm!
Sabirə Dünyamalıyeva:
Həqiqətən sizə Rəbbinizdən gözünüzü açacaq, doğru yolu tapmağınıza səbəb olacaq məlumatlar gəldi. Artıq kim haqqı görsə, faydası özünədir, kim də korluq etsə zərəri özünədir. Mən sizin üçün bir gözətçi deyiləm!"