Nəhl Surəsi 106. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qəlbi imanla sabit qaldığı halda (haqqı danmağa) məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır.
Bünyadov-Məmmədəliyev:
Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar onlar şiddətli bir əzaba düçar olarlar!
Elmir Quliyev :
Гнев Аллаха падет на тех, кто отрекся от Аллаха после того, как уверовал, не на тех, кто был принужден к этому, тогда как в его сердце покоилась твердая вера, а на тех, кто сам раскрыл грудь для неверия. Им уготованы великие мучения.
Ələddin Sultanov:
Qəlbi imanla dolu olduğu halda (küfrə) məcbur edilən istisna olmaqla, kim iman etdikdən sonra Allahı inkar edər qəlbini küfrə açarsa, onlara Allahdan bir qəzəb gələr. Onlar üçün böyük bir əzab vardır.
Kerbelayi Malik ağa:
Qəlbi imanla mütməin olduğu (rahatlıq tapdığı) halda məcbur edilən şəxs istisna olmaqla, kim imanından (hidayətə ərdikdən) sonra Allahı inkar etsə kim küfrə sinə açsa (irşad məqamından şübhə edib fisqə düşsə, o kimsənin küfrü tələbi səbəbiylə, Allahu Təala, onun sinəsini küfrə açar, şərh edər), artıq Allahdan bir qəzəb onların üzərinədir onlar üçün əzim əzab vardır.
Ələsgər Musayev:
Kim iman gətirəndən sonra Allah ilə kafir olarsa - ancaq o kəsdən başqa ki, məcburiyyət qarşısında qala qəlbi isə imanla doludur lakin kim ki, öz ürəyini küfrə açarsa, Allahın qəzəbi o kəslərin üzərinədir onlar üçün əzəmətli əzab var.
A.Mehdiyev və D.Cəfərli:
Qəlbi imanla rahatlıq tapdığı (və imana bağlı) halda (küfr deməyə) məcbur olan şəxs istisna olmaqla, kim imanından sonra Allaha küfr etsə A (hər kafirə deyil,) öz sinələrini küfrlə şad edib genişləndirənlərə Allah tərəfindən bir qəzəb böyük bir əzab vardır (küfr sözlər danışmağa məcbur edilənlər isə Allahın qəzəbinə düçar olmayacaqdır).
Kövsər Tağıyev:
Qəlbi imanla dolu olduğu halda məcburiyyət qarşısında qalan kimsə istisna olmaqla inandıqdan sonra Allahı inkar edən beləliklə, qəlbini küfrə açanlara Allahdan qəzəb enər onlar üçün böyük bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
(Küfr deməyə) məcbur edilən, lakin qəlbən öz imanına arxayın olan kəsdən başqa hər kim iman gətirdikdən sonra Allaha küfr edərsə kim ürəyini küfrə geniş açarsa, onlara Allahın qəzəbi böyük bir əzab olar.
Sabirə Dünyamalıyeva:
Hər kim iman gətirdikdən sonra küfr işləyər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edər], -qəlbi imanla sakit olduğu [rahatlıq tapdığı] halda, təzyiqlə məcbur edilən kəs istisna olmaqla- sinəsini küfrə; inanmamağa açarsa, artıq, onların üstünə Allahdan bir qəzəb var. Bunlar üçün böyük bir əzab da var.