Ənam Surəsi 108. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Müşriklərin) Allahdan başqalarına tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsiz olaraq düşməncəsinə Allahı söyərlər. Biz hər bir ümmətə öz əməllərini beləcə gözəlləşdirdik. Sonra isə onların dönüşü öz Rəbbinə olacaq, O da etdikləri barədə onlara xəbər verəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. (Möminlərə Allah rizasına gördükləri işləri gözəl göstərdiyimiz kimi, kafirlərə çirkin əməllərini yaxşı göstərdik). Sonra onlar Rəbbinin hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir!
Elmir Quliyev :
Не оскорбляйте тех, к кому они взывают помимо Аллаха, а не то они станут оскорблять Аллаха из враждебности и по невежеству. Так Мы приукрасили для каждого народа их деяния. Потом им предстоит вернуться к своему Господу, и Он поведает им о том, что они совершали.
Ələddin Sultanov:
Allahdan başqasına dua edənlərə (sitayiş edənlərə) söyməyin! Yoxsa onlar da, bilmədən düşməncəsinə Allaha söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini cazibəli göstərdik. Sonra onların qayıdışı Rəbbinin hüzurunadır. O (Allah), etdikləri əməlləri onlara xəbər verəcəkdir. (Yuxarıdakı ayədən aydın olduğu kimi, hər hansı xalqın, yaxud fərdin müqəddəs hesab etdiyi şeylərə söyməmək onları təhqir etməmək lazımdır. Çünki bu kimi hərəkətlər nəticəsində onlar da buna reaksiya verərək müsəlmanların müqəddəs saydıqlarına Allaha qarşı nalayiq sözlər sərf edər, yaxud təhqir edə bilərlər.)
Kerbelayi Malik ağa:
Allahdan başqasına dua edənlərə söyməyin, əks halda elmləri olmadan, həddi aşaraq Allahı söyərlər. Bütün ümmətlərə əməllərini beləcə bəzədik. Sonra dönüşləri Rəblərinədir. O zaman etdikləri şeyləri onlara xəbər verəcək.
Ələsgər Musayev:
Yaman deməyin o kəslərə ki, Allahdan başqalarını çağırırlar, olmaya ki, onlar da ədavət elmsizlikdən Allaha yaman deyələr. Beləcə zinətli etdik külli qoum üçün əməllərini, sonra onlar öz Rəblərinə tərəf dönəcəklər O xəbər verəcək onlara ilə ki, oldular əməl edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər cinləri) söyməyin ki, onlar da ədavət nadanlıq üzündən Allahı söyərlər. Biz hər bir ümmət üçün əməllərini beləcə zinətləndirdik. Sonra onların dönüşü Rəbblərinə tərəfdir. Beləliklə (Allah) onları (dünyada) etdikləri əməllərdən xəbərdar edəcəkdir.
Kövsər Tağıyev:
Onların Allahı buraxıb tapındıqlarına söyməyin, sonra onlar da həddi aşaraq bilmədən Allaha söyərlər. Beləliklə, hər ümmətə əməlləri süslü göstərildi. Sonra qayıdışları ancaq Rəblərinədir. O, etdiklərini onlara bildirəcəkdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahdan başqalarına [bütlərə] tapınanları [və bütlərini] söyməyin, yoxsa onlar da haqsızcasına, bilmədən Allahı söyərlər. Hər xalq üçün əməllərini beləcə bəzədik. Sonra onlar özlərinin Rəbbinə qayıdacaqlar, O da etdikləri işlərdən onlara xəbər verəcəkdir.
Sabirə Dünyamalıyeva:
onların, Allahın altındakılardan yalvardıqları kəslərə söyməyin ki, onlar da bir cahilliklə, hədlərini aşaraq Allaha söyməsinlər. Biz, başçısı olan hər tayfa üçün, işlədikləri əməlləri bax beləcə gözəl göstərdik. Sonra da onların dönüşü öz Rəbbinə olacaq. Sonra O, onlara etdiklərini xəbər verəcək.