Əlixan Musayev:
Sən ancaq Zikrə tabe olub Mərhəmətli (Allahı) görmədən (Ondan) çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ.
Bünyadov-Məmmədəliyev:
Sən ancaq Qurana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail olacağı ilə müjdə ver!
Elmir Quliyev
:
Ты можешь предостеречь только того, кто последовал за Напоминанием и устрашился Милостивого, не видя Его воочию. Обрадуй его вестью о прощении и щедрой награде.
Ələddin Sultanov:
Sən yalnız Qurana tabe olan və görmədiyi halda Rəhman olan Allahdan qorxan kimsəni xəbərdar edə bilərsən. Buna görə də onu bağışlanma və gözəl bir mükafatla müjdələ!
Kerbelayi Malik ağa:
Sən yalnız zikrə tabe olanı və qeybdə Rəhmana huşu duyanı xəbərdar edərsən. Elə isə onu məğfirət ilə və ‘kərim əcr’ ilə müjdələ.
Ələsgər Musayev:
Həqiqətən, sən nəzərinə çatdırırsan o kəsin ki, tabe olur yad etməyə və çəkinir Rəhmandan qeyb ilə. Bəşarət ver ona bağışlanmaqla və əcr kəramətli.
A.Mehdiyev və D.Cəfərli:
Sən ancaq nəsihətverici Qur’an(ı qəbul edən və on)a tabe olan, Rəhman (olan zahiri hiss üzvləri ilə dərk olunmayan Allah)dan gizlində qorxan kəsi qorxuda bilərsən; elə isə ona (Allahın) bağışlama(sı) və çox qiymətli bir mükafatla müjdə ver.
Kövsər Tağıyev:
Sən onları xəbərdar etsən də, etməsən də onlar üçün birdir, inanmazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən yalnız Zikrin [Quranın] ardınca gedənə, gözlə görmədiyi Mərhəmətlidən qorxana öyüd-nəsihət verirsən. Onu bağışlanma və gözəl bir mükafatla müjdələ!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, sən o öyüd, xatırlatma olan Qurana tabe olan və görülməyən, eşidilməyən, hiss edilməyən yerlərdə belə Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah] qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərən kimsəyə xəbərdarlıq edə bilərsən. Sən dərhal ona bir əfv və çox şərəfli bir mükafat barədə müjdə ver.