Yusif Surəsi 110. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Elçilər (hər dəfə) ümidlərini itirdikdə özlərinin yalançı hesab edildiklərini güman etdikdə köməyimiz onlara gəlir dilədiyimiz kəs nicat tapırdı. Günahkar tayfadan əzabımız əsla dəf olunmaz.
Bünyadov-Məmmədəliyev:
Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda özlərinin yalançı hesab edildiklərini gördükdə (yəqin etdikdə) köməyimiz onlara yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz!
Elmir Quliyev :
Когда же посланники приходили в отчаяние и полагали, что их отвергли, к ним приходила Наша помощь, и спасались те, кого Мы хотели спасти. Наше наказание нельзя отвратить от грешных людей!
Ələddin Sultanov:
Nəhayət, peyğəmbərlər ümidsizliyə düşüb özlərinin yalançı hesab edildiklərini düşündükləri zaman köməyimiz onlara gələr dilədiyimiz kimsəyə nicat verilər. Əzabımız isə günahkar qövmdən dəf olunmaz.
Kerbelayi Malik ağa:
Rəsullar ümidlərini kəsdikləri zaman hətta yalanlandıqlarını güman etdikləri zaman onlara yardımımız gəldi. Beləcə dilədiyimiz kimsələr qurtarıldı. Əzabımız günahkar qövmdən geri çevrilməz.
Ələsgər Musayev:
Ta onda ki, rəsullar məyus oldular zənn etdilər ki, onları yalançı saydılar, gəldi onlara köməyimiz. Kimə istəyirdik nicat verdik rədd olmaz basqımız cərimə olunmuş qoumdan.
A.Mehdiyev və D.Cəfərli:
(Bizim peyğəmbərlərimiz dəvət, qövmlər isə inkar etdilər və) nəhayət peyğəmbərlərimiz naümid olan (qövmlər) onlara yalan deyilməsini güman edən zaman (birdən) Bizim köməyimiz onlara yetişdi. Beləliklə istədiyimiz kəslər xilas edildilər. (Əlbəttə,) Bizim əzabımız günahkar qövmdən sovuşdurulmur.
Kövsər Tağıyev:
Nəhayət, peyğəmbərlər ümidlərini kəsəcəkləri həddə çatıb təkzib olunduqlarını düşündükləri vaxtda onlara yardımımız gəldi, beləliklə, dilədiyimiz kimsələrə nicat bəxş edildi. Əzabımız isə günahkarlar qövmündən sovuşdurulmaz.
M.Qənioğlu və T.Bilaloğlu:
Peyğəmbərlər ümidsizliyə düşəndə zənn edəndə ki, onları yalançı hesab edirlər, onlara dərhal Bizim köməyimiz gəlir Bizim istədiyimiz kəs nicat tapırdı. Günahkar adamlardan isə cəzamız dəf olunmaz.
Sabirə Dünyamalıyeva:
Nəhayət elçilər ümid kəsdikdə təkzib edildikləri qənaətinə gəldikdə, onlara köməyimiz çatdı. Sonra da dilədiyimizi xilas etdik. günahkarlar tayfasından Bizim əzabımız dəf edilməz.