Əlixan Musayev:
Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə (haqq yolunu) azmış fasiqlərdir.
Bünyadov-Məmmədəliyev:
(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır.
Elmir Quliyev
:
Вы являетесь лучшей из общин, появившейся на благо человечества, повелевая совершать одобряемое, удерживая от предосудительного и веруя в Аллаха. Если бы люди Писания уверовали, то это было бы лучше для них. Среди них есть верующие, но большинство из них — нечестивцы.
Ələddin Sultanov:
(Ey Mühəmməd ümməti!) Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edib pis əməlləri qadağan edirsiniz və Allaha inanırsınız. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə, bu onlar üçün daha yaxşı olardı. Onların içərisində iman gətirənlər olsa da, əksəriyyəti haqq yoldan azmış kimsələrdir.
Kerbelayi Malik ağa:
Siz insanlar üçün çıxarılmış (seçilmiş) olan, ümmətin xeyirli kimsələri oldunuz. Maruf ilə əmr edərsiniz və münkəri qadağan edərsiniz. Siz Allaha iman edirsiniz. Əgər kitab əhli də iman etsəydilər, əlbəttə onlar üçün xeyirli olardı. Onlardan bir qismi mömindir və onların çoxu da fasiqlərdir.
Ələsgər Musayev:
Oldunuz xeyirli
ümmət, xaric oldunuz insanlar üçün: əmr edirsiniz mərifət ilə
və qadağan edirsiniz inkardan və inanırsınız Allah ilə. Və əgər
inansaydı əhli kitab, olardı xeyirli onlar üçün. Onlardan var
inananlar və əksəriyyəti fasiqlərdir.
A.Mehdiyev və D.Cəfərli:
Siz (mus?lmanlar), (Allah t?r?find?n dunyan?n) insanlar(?n)a zahir olmus ?n yaxs? umm?tsiniz, b?y?nil?n is? ?mr edir v? cirkin isd?n c?kindirirsiniz v? Allaha (nazil etdiyi seyl?rd?) iman g?tirirsiniz. ?g?r kitab ?hli d? iman g?tirs?ydi, ?lb?tt? onlar ucun daha yaxs? olard?. Onlar?n b?zisi momin v? coxu ita?tsizdirl?r.
Kövsər Tağıyev:
Siz insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edər, pisliyi qadağan edər və Allaha iman edərsiniz. Kitab əhli də inansaydı, əlbəttə, özləri üçün xeyirli olardı. Onlardan iman edənlər də var. Ancaq çoxu fasiq kimsələrdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz insanlar üçün üzə çıxarılmış ən yaxşı bir ümmətsiniz. Siz bəyənilən işləri buyurur, pis əməllərdən çəkindirir və Allaha iman gətirirsiniz. Əgər Kitab əhli iman gətirsəydi, onlar üçün xeyirli olardı. Onlardan iman gətirənlər də vardır, əksəriyyəti isə yolu azanlardır.
Sabirə Dünyamalıyeva:
Siz, insanlar üçün [meydana] çıxarılmış ən xeyirli ümmətsiniz. Hamı tərəfindən yaxşı qəbul edilən şeyləri əmr edir, vəhy və ümumi ağıl tərəfindən pisliyi, eybəcərliyi qəbul edilən şeylərin qarşısını alır və Allaha inanırsınız. Kitab əhli də inansaydı, özləri üçün əlbəttə daha xeyirli olardı. Onların bəziləri möminlərdir, bir çoxu da yoldan çıxmış kəslərdir.