Əlixan Musayev:
Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.
Bünyadov-Məmmədəliyev:
Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!
Elmir Quliyev
:
Воистину, Аллах купил у верующих их души и имущество в обмен на Рай. Они сражаются на пути Аллаха , убивая и погибая. Таково Его обещание и обязательство в Таурате (Торе), Инджиле (Евангелии) и Коране. Кто выполняет свои обещания лучше Аллаха? Возрадуйтесь же сделке, которую вы заключили. Это и есть великое преуспеяние.
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər. Bu, Tövratda, İncildə və Quranda Allahın öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdə vəfa göstərən ola bilərmi?! Elə isə, Onunla etdiyiniz bu alış-verişə görə sevinin! Məhz bu, böyük uğurdur.
Kerbelayi Malik ağa:
Allah şübhəsiz ki, Allah yolunda döyüşən beləcə öldürən və öldürülən möminlərdən onlara veriləcək cənnət qarşılığında canlarını və mallarını satın almışdır. (Bu) Tövratda, İncildə və Quranda Allahın üzərinə haqq olan vəddir. Allahdan daha çox əhdinə vəfa edən kim vardır? Onunla etdiyiniz alış-veriş ilə sevinin! O, ən böyük fevzdir (mükafatdır).
Ələsgər Musayev:
Həqiqətən, Allah alver etdi inananlardan nəfslərini onların və
mallarını haqq ilə onlar üçün cənnəti. Qətldədirlər yolunda
Allahın və qətl edirlər və qətl olunurlar vədə üzərində Onun
haqdır Tövratda və Incildə və Qur’anda. Kim vəfalıdır əhdi ilə
Allahdan? Bəşarətlənin beyiniz ilə – odur ki, beyləşmisiniz
Onun ilə! Budur əzəmətli uğur!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu alver) Onun öhdəsində olan – (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Qur’anda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!
Kövsər Tağıyev:
Şübhəsiz, Allah möminlərdən canlarını və mallarını onlara verəcəyi cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda savaşırlar, öldürürlər və ölürlər. Allah bunu Tövratda, İncildə və Qur`anda haqq olaraq vəd etmişdir. Allahdan daha çox əhdinə vəfa edən kimdir? Elə isə etdiyiniz bu alış-verişə görə sevinin. Böyük uğur məhz budur.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Allah, cənnət qarşılığında möminlərin canlarını və mal-dövlətini satın almışdır; onlar da Allah yolunda vuruşur, öldürür və öldürülürlər. (Bu) Tövratda, İncildə və Quranda Allah tərəfindən olan haqq bir vəddir. Öz əhdinə Allahdan daha sadiqi kimdir? Onunla etdiyiniz bu alış-verişə sevinin! Bu, böyük uğurdur!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allah, tövbə edən, bəndəlik edən, tərifləyən, səyahət edən, Allahın birliyini deyən, boyun əyib tabeçilik göstərən, hər kəs tərəfindən məqbul hesab edilən yaxşı şeyləri əmr edən, pis olan hər şeydən çəkindirən möminlərə müjdə ver!