Əlixan Musayev:
Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən.
Bünyadov-Məmmədəliyev:
Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!
Elmir Quliyev
:
Я не говорил им ничего, кроме того, что Ты мне велел: “Поклоняйтесь Аллаху, моему Господу и вашему Господу”. Я был свидетелем о них, пока находился среди них. Когда же Ты упокоил меня, Ты стал наблюдать за ними. Воистину, Ты — Свидетель всякой вещи.
Ələddin Sultanov:
Onlara yalnız Sənin mənə əmr etdiyin: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” – sözünü demişdim. Aralarında olduğum müddət ərzində onlara nəzarət edirdim. Sən məni vəfat etdirincə, onlara nəzarətçi Sən Özün oldun. Sən hər şeyi görənsən.
Kerbelayi Malik ağa:
Onlara mənə əmr etdiyin: ‘Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha qul olmaları’ndan başqa bir şey söyləmədim. Onların arasında olduğum müddətcə, onların üzərlərinə şahid oldum. Lakin məni vəfat etdirincə (aralarından götürdükdə, dərgahına qaldırdıqda) onların üzərinə nəzarət edici Sən oldun. Sən hər şeyə şahidsən.
Ələsgər Musayev:
Onlara deməmişəm o sözdən başqa ki, Sən
mənə əmr edibsən:“Ibadət edin Allaha ki, mənim Rəbbimdir
və sizin Rəbbinizdir!” Nə qədər ki, mən onların arasında idim,
onlara şahid idim. Onda ki, mənə vəfat bağışladın, oldun Sən
Özün onlara Rəqib. Sən üzərinə külli şeyin Şahidsən!
A.Mehdiyev və D.Cəfərli:
Mən onlara yalnız Sənin mənə əmr etdiyini – «mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha ibadət edin» demişəm. Nə qədər ki, onların arasında idim, onlara şahid idim. Elə ki, məni (Özünə tərəf) qaldırdın, Sən Özün onlara nəzarətçi idin. Sən hər bir şeydən xəbərdar və (hər bir şeyi) bilənsən».
Kövsər Tağıyev:
“Mən onlara ancaq mənə əmr etdiyin şeyi söylədim: Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha qulluq edin (dedim). Aralarında olduğum müddətcə onlara şahid (və nümunə) idim. Ancaq məni aralarından aldığın zaman artıq onlar üzərində nəzarətçi yalnız sən oldun. Sən hər şeyə haqqı ilə şahidsən”.
M.Qənioğlu və T.Bilaloğlu:
Mən onlara Sənin "Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin!" - deyə mənə etdiyin əmrdən başqa bir şey deməmişəm. Nə qədər ki, aralarında idim, onlara şahid mən oldum. Sən canımı alandan sonra isə onların üzərində Özün nəzarətçi oldun. Sən hər şeyə şahidsən.
Sabirə Dünyamalıyeva:
Mən onlara yalnız Sənin mənə əmr etdiklərini [dedim]; ‘Mənim və sizin Rəbbiniz olan Allaha ibadət edin!’ dedim. Və mən, [onların] içində olduğum müddətcə onlara şahid idim. Nə zaman ki, Sən məni vəfat etdirdin; keçmişdə etdiklərimi və etməli olduğum halda etmədiklərimi bir-bir yadıma saldın/məni öldürdün, onlara nəzarət edən məhz Sən oldun. Və şübhəsiz ki, Sən hər şeyə ən yaxşı şahid olansan.