Əlixan Musayev:
Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!
Elmir Quliyev
:
Аллах простил и тех троих, которым было отсрочено до тех пор, пока земля не стала тесной для них, несмотря на ее просторы. Их души сжались, и они поняли, что им негде укрыться от Аллаха, кроме как у Него. Затем Он простил их, чтобы они могли раскаяться. Воистину, Аллах — Принимающий покаяния, Милосердный.
Ələddin Sultanov:
(Döyüşə qatılmayıb) arxada qalan üç nəfəri də (Allah bağışladı). Nəhayət, yer üzü genişliyinə rəğmən onlara dar gəlib qəlbləri sıxıldığı zaman Allahdan (Allahın əzabından) qorunmaq üçün yalnız Onun Özünə sığınmalı olduqlarını anladılar. Sonra Allah onları tövbə etməyə müvəffəq etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir.
Kerbelayi Malik ağa:
Geri qalmış (ayə-106: savaşdan geri qalıb, haqqlarındakı hökm təxirə salınan) üç nəfərin də (tövbələri qəbul edildi: ayə 117). Hətta yer üzü geniş olmasına baxmayaraq onlara dar gəlmişdi. Nəfsləri də özlərinə dar gəldi. Özlərinə Allahdan başqa bir məlcə (sığınacaq) olmadığını anladılar. Sonra tövbələri qəbul edilərək dönsünlər deyə tövbələrini qəbul etdi. Şübhəsiz ki, Allah Təvvabdır (tövbələri qəbul edən), Rəhimdir (rəhmət nurunu göndərən).
Ələsgər Musayev:
Üzərinə üçünün – o kəslərin ki, geri qalmışdılar, ta
onda ki, o genişlikdə ərz onlara dar gəldi və daraldı üzərində
onların nəfsləri və zənn etdilər ki, Allahdan başqa pənah
yeri yoxdur. Sonra qayıtdı üzərinə onların qayıtmaları üçün.
Həqiqətən, Allah – O Təvvabdır, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Və həmçinin («Təbuk» qoşunu ilə aparılmayıb) yerdə qoyulan (və Peyğəmbərin – səlləllahu əleyhi və alihi və səlləm – əmri ilə camaatın əlaqələrini kəsdiyi) o üç nəfərə (rəhm etdi)! Nəhayət yer üzü bütün genişliyi ilə onlara daraldı, ürəkləri özlərindən təngə gəldi və bildilər ki, Allahdan (qaçmaq üçün) Onun Özündən başqa bir sığınacaq yoxdur. Sonra Allah Öz rəhməti ilə onlara üz tutdu ki, tövbə etsinlər və (Ona tərəf) qayıtsınlar. Həqiqətən Allah Özü tövbələri çox qəbul edən və mehribandır.
Kövsər Tağıyev:
Savaşdan geri qalan üç nəfərin də tövbələrini qəbul etdi. Yer üzü bütün genişliyinə rəğmən onlara dar gəlmiş, vicdanları onları sıxmış, beləliklə, Allah (ın əzabın)dan yenə Ona sığınmaqdan başqa çarə olmadığını anlamışdılar. Sonra (əvvəlki hallarına) qayıtsınlar deyə onların tövbələrini də qəbul etdi. Şübhəsiz, Allah tövbəni çox qəbul edən və çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
(Döyüşdən) geri qalmış üç nəfərin də (tövbəsini qəbul etdi). Yer öz genişliyi ilə onlar üçün daralanda, ürəkləri sıxılanda və Allahdan başqa bir sığınacaq olmadığını düşünəndə, Allah onların tövbələrini qəbul etdi ki, onlar əvvəlki vəziyyətə dönsünlər. Axı Allah tövbələri qəbul edəndir, mərhəmətlidir!
Sabirə Dünyamalıyeva:
Geridə qoyulanlardan o üç nəfərin də tövbələrini qəbul etdi. Belə ki, yer üzü genişliyinə baxmayaraq onlara dar olmağa başlamışdı, nəfsləri də onları çətinliyə salmışdı. Allahdan qurtuluşun, ancaq Allaha sığınmaqda olduğuna da yaxşıca inanmışdılar. Sonra Allah, dönmələri üçün onlara tövbə nəsib etdi və tövbələrini qəbul etdi. Şübhəsiz ki, məhz Allah tövbələri çox qəbul edən, çox tövbə fürsəti verənin, çox mərhəmətli olandır.