Əlixan Musayev:
Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb onlara yardım etsəniz və (kasıblara könüllü yardım etməklə) Allaha gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra kafir olsa, (bilsin ki,) artıq o, doğru yoldan azmışdır”.
Bünyadov-Məmmədəliyev:
Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan (özlərinə) on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah buyurmuşdu: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha (Allah yolunda) gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs (əhdi pozaraq) küfr edərsə, o artıq doğru yoldan azmış olar!”
Elmir Quliyev
:
Аллах взял завет с сынов Исраила (Израиля). Мы создали среди них двенадцать вождей. Аллах сказал: "Я — с вами. Если вы будете совершать намаз и выплачивать закят, уверуете в Моих посланников, поможете им и одолжите Аллаху прекрасный заем, то Я отпущу вам ваши прегрешения и введу вас в сады, в которых текут реки. А если кто-либо из вас после этого станет неверующим, то он сойдет с прямого пути".
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah İsrail oğullarından əhd almışdı. Onlardan on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah (onlara) demişdi: “Mən sizinləyəm. Əgər namazı qılsanız, zəkatı versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz və Allaha gözəl bir borc versəniz (ehtiyacı olanlara faizsiz borc versəniz), əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizdən kim küfrə düşərsə, doğru yoldan azmış olar”. (Allah-Təala İsrail oğullarını Fironun zülmündən xilas etdikdən sonra Musa peyğəmbər vasitəsilə onları Qüdsə yönləndirmiş və oranı, onlar üçün vətən olaraq təyin etmişdi. Allah onlara, orada hökmdarlıq edən Kənanilərə qarşı mübarizə aparmalarını əmr etmiş, onlardan buna dair söz almış və hər qəbilədən bir kişi olmaqla on iki nəfəri də buna vəkil təyin etmişdi. Yəhudilər Qüdsə yaxınlaşdıqları zaman Musa peyğəmbər bu on iki nəfəri kəşfiyyat məqsədilə şəhərə göndərmiş və onlara, orada gördüklərindən xalqa bəhs etməmələrini əmr etmişdi. Kəşfiyyatçılar geri qayıtdıqları zaman ikisindən başqa digərləri gördüklərini yəhudilərə danışaraq Qüdsdəkilərin güclü və müharibəyə hazır vəziyyətdə olduqlarını söylədilər və onları qorxuya saldılar. Beləliklə də, onlar verdikləri sözü tutmayaraq əhdlərini pozdular.)
Kerbelayi Malik ağa:
And olsun ki, Allah İsrail oğullarından misaq almışdı. Onlardan on iki nazir vəzifələndirdik. Allahu Təala: ‘Əgər namazı qılsanız, zəkat versəniz və rəsullarıma iman edib onlara yardım etsəniz və Allaha (Allah üçün) gözəl bir borc versəniz, şübhəsiz ki, Mən sizinlə bərabərəm və mütləq sizin günahlarınızı örtərəm və sizi mütləq altından çaylar axan cənnətlərə qoyaram.’ dedi. Artıq bundan sonra sizdən kim inkar etsə, mütləq səvva edilmiş (Allaha hidayət etmək üzrə dizayn edilmiş) yoldan sapmış olar.
Ələsgər Musayev:
Əlbəttə, and aldı Allah Israil oğullarından və
qaldırdı onlardan on iki başçı. Allah dedi: «Həqiqətən, Mən
sizinləyəm! Əgər ayağa qalxsanız islahata və əta etsəniz
paklanmaq üçün zəkatı və Mənim rəsullarıma inansanız və
izzət göstərsəniz onlara və köməklik etsəniz və borc versəniz
Allaha, borc verməklə yaxşı, o surətdə sizin günahlarınızı
bağışlaram və sizi daxil edərəm cənnətlərə – cari olur altından
onun nəhrlər. Sizdən kim bundan sonra küfr edərsə, fəqət zəlil
olaraq yoldan azıbdir!»
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Allah İsrail övladlarından əhd-peyman aldı. Biz onlardan (on iki qəbilə üçün) on iki nəfər başçı seçdik. Allah onlara dedi: «Şübhəsiz, Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, (gələcəkdə göndərəcəyim) peyğəmbərlərimə iman gətirsəniz, onlara ehtiramla kömək etsəniz və Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər və sizi (binalarının və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm. Beləliklə, əgər bundan sonra sizdən kimsə kafir olsa, doğrudan da o, doğru yolu itirmişdir.
Kövsər Tağıyev:
And olsun ki, Allah İsrail oğullarından möhkəm bir söz almışdı. Onlardan on iki nümayəndə – başçı – seçmişdik. Allah belə demişdi: “Sizinləyəm. And olsun ki, əgər namazı qılar, zəkatı verər və elçilərimə inanar, onları dəstəkləyərsinizsə, (kasıblara ürəklə köməklik göstərərək) Allaha gözəl bir borc verərsinizsə, əlbəttə, sizin pisliklərinizi örtərəm və and olsun, sizi içindən çaylar axan cənnətlərə qoyaram. Ancaq bundan sonra sizdən kim inkar edərsə, mütləq o, doğru yoldan azmışdır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah İsrail övladlarından əhd almışdı. Biz (onlara) öz aralarından on iki müşahidəçi göndərdik. Allah dedi: "Şübhəsiz Mən sizinləyəm. And olsun ki, əgər namaz qılıb zəkat versəniz, peyğəmbərlərimə inanıb onlara kömək etsəniz və Allaha gözəl bir borc versəniz, Mən sizin günahlarınızdan keçər və sizi dibindən çaylar axan cənnət bağlarına daxil edərəm. Sizlərdən hər kim bundan sonra küfr edərsə, o, düz yoldan azmış olar.”
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, Allah İsrail oğullarından möhkəm əhd almışdı. Və Biz, onlardan on iki müfəttiş/başçı göndərmişdik. Və Allah demişdi ki: "Mən, həqiqətən sizinləyəm. Səlatı yerinə yetirsəniz [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını qurub yaşatsanız], zəkatı/verginizi versəniz, elçilərimə iman etsəniz, onlara kömək etsəniz və Allaha gözəl ödunc versəniz, and olsun ki, sizin pisliklərinizi örtəcəyəm və sizi altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Sizdən hər kim ki, bundan sonra küfr işləsə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etsə], həqiqətən yolun doğrusunu itirmiş olar."