Hicr Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar (hələ də) ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara bəllidir.
Bünyadov-Məmmədəliyev:
Özlərindən əvvəlkilərin başlarına gələnlər (müsibətlər) göz qabağında olduğu (olub keçdiyi) halda, onlar (yenə də) ona (Qurana) inanmazlar.
Elmir Quliyev :
Они не веруют в него (Коран), хотя уже были примеры первых поколений.
Ələddin Sultanov:
Əvvəlkilərin başlarına gələnlər onlara məlum olduğu halda hələ ona (Qurana) inanmırlar.
Kerbelayi Malik ağa:
Əvvəlkilərin başlarına gələnlər göz qabağında olduğu halda onlar ona (rəsula) iman etməzlər.
Ələsgər Musayev:
Inanmırlar onun ilə əlbəttə, keçib getdilər bu qanunla əvvəlkilər.
A.Mehdiyev və D.Cəfərli:
Halbuki ona iman gətirməzlər. Əlbəttə, keçmişdəkilərin yolu da keçmişdir (onlar da belə idilər).
Kövsər Tağıyev:
Əvvəlki millətlərin (həlakına dair Allahın) qanunu həyata keçdiyi halda bunlar ona (Qur`ana) inanmırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə ona inanmırlar. Halbuki əvvəlki tayfaların başına gələnlər artıq bəllidir.
Sabirə Dünyamalıyeva:
Onlar endirilən kitaba/göndərilən elçiyə inanmazlar, halbuki, əvvəlkilər barəsində qanunumuz/nə etdiyimiz olub-keçmişdir, sizə bildirilmişdir.