Əlixan Musayev:
Biz də onların üstünə müxtəlif möcüzələr olaraq tufan, çəyirtkələr, bitlər, qurbağalar və qan göndərdik. Onlar isə təkəbbürlük göstərdilər və günahkar bir tayfa oldular.
Bünyadov-Məmmədəliyev:
Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular.
Elmir Quliyev
:
Мы наслали на них потоп, саранчу, вшей, жаб и кровь в качестве различных знамений. Однако они возгордились — они были народом грешным.
Ələddin Sultanov:
Biz də ayrı-ayrı möcüzələr olmaqla onlara tufan, çəyirtkə, həşərat, qurbağalar və qan göndərdik. Yenə də onlar təkəbbürləndilər və günahkar bir qövm oldular. (Firon və qövmü Həzrət Musaya iman gətirmədiyi üçün Allah-Təala onlara tufan göndərdi. Bundan sonra da ardıcıllıqla çəyirtkə, həşərat və qurbağalar göndərdi. Daha sonra göydən qan yağdırdı və bütün suları qan oldu. Bu müsibətlərin ortadan qalxması üçün Həzrət Musaya müraciət etdilər və o da dua etdi. Beləcə, Allah onlardan bu müsibətləri götürdü, ancaq onlar yenə də inkar etməyə davam etdilər.)
Kerbelayi Malik ağa:
Bundan sonra onların üzərinə ayrı-ayrı (zaman-zaman) möcüzələr, tufan, çəyirtkə, bit, qurbağa və qan göndərdik. Buna baxmayaraq kibirləndilər və mücrim (günahkar və suçlu) bir qövm oldular.
Ələsgər Musayev:
Biz göndərdik üzərinə onların tufan, çəyirtgə, gənə, qurbağa və qan ki, müfəssəl ayətlər idilər. Təkəbbürlük etdilər və cərimə olunmuş qoum oldular.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, Biz ayrı-ayrı nişanələr şəklində onlara tufan, çəyirtgə, gənə, qurbağalar və qan göndərdik. Onlar yenə də təkəbbür və itaətsizlik göstərdilər. Onlar günahkar bir dəstə idilər.
Kövsər Tağıyev:
Biz də hər biri ayrı-ayrılıqda bir möcüzə olaraq başlarına tufan, çəyirtkə, güvə (həşərat), qurbağalar və qan göndərdik. (Heç birindən ibrət almadılar.) Kibrləndilər və günahkar bir qövm oldular.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz müfəssəl dəlillər olaraq onlara tufan, (əkinlərinə) çəyirtkələr, (bitki və heyvanlarına) həşəratlar, (həyatlarını dözülməz edən) qurbağalar və qan [xəstəliklər] göndərdik. Lakin onlar təkəbbür göstərdilər və günahkar adamlardan oldular.
Sabirə Dünyamalıyeva:
Biz də müəyyən fasilələrlə, ayələr olmaq üzrə onların üstünə tufan, çəyirtkələr, həşəratlar, qurbağalar və qan göndərdik. Yenə də təkəbbür göstərdilər və günahkra bir tayfa oldular.