Əlixan Musayev:
De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona günah gəlməz). Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Скажи: «В том, что внушено мне, я нахожу запрещённым употреблять в пищу только мертвечину, пролитую кровь и мясо свиньи — это сама скверна, — а также мясо животных, греховным образом заколотых с именем других богов, а не Аллаха». Если же кто-либо вынужден пойти на это, не проявляя ослушания и не преступая пределы необходимого, то ведь Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
De: “Mənə vəhy olunanların içində murdar olmaları səbəbilə leş, axıdılan qan, yaxud donuz əti və ya günah olaraq Allahdan başqasının adı ilə kəsilmiş heyvan istisna olmaqla, yemək yeyən bir kimsəyə haram edilmiş bir şey görmürəm. Kim məcbur qalarsa, həddi aşmadan zəruri ehtiyacı qədər (yeyərsə, bilsin ki), Rəbbin şübhəsiz, bağışlayandır, rəhmlidir!
Kerbelayi Malik ağa:
De ki: ‘Mənə vəhy olunan şeylərdə yeyilən yemək içərisində ölü olan və ya axıdılmış qan və ya donuz əti ki, o, şübhəsiz murdardır və ya fisq ilə Allahdan başqası üçün kəsiləndən başqa, haram qılınmış bir şey tapa bilmirəm.’ Artıq kim darda qalsa, həddi aşması (meyl etməsi) və haqqa təcavüz etməsi istisna olmaqla, o təqdirdə, sənin Rəbbin şübhəsiz ki, Ğafurdur (məğfirət edəndir) və Rəhimdir (rəhmət nuru göndərəndir).
Ələsgər Musayev:
Dəvədən iki və inəkdən iki. De: «Ə, iki erkəyi, yoxsa iki dişini, yoxsa iki dişinin qarınlarındakı balaları qadağan etdi? Yoxsa Allah bunu sizə tövsiyə edərkən şahid idiniz?» Zalim o kəsdən kimdir ki, elmi olmadan, insanları zəlalətə salmaq üçün iftira edə Allahın üzərinə yalanı? Həqiqətən, Allah zalim qoumu hidayət etməz!
A.Mehdiyev və D.Cəfərli:
De: «Mənə olunan vəhylərin içərisində yemək istəyən şəxsə murdar olduqları üçün ölü heyvan, (heyvanın damarlarından) tökülmüş qan və donuz ətindən, yaxud itaətsizlik üzündən Allahdan başqasının (istər bütlərin, istərsə də bütlərdən başqa şeylərin, hətta müqəddəs hesab edilən şeylərin) adı çəkilərək kəsilmiş heyvandan başqa bir haram (yemək) tapmıram. Əgər kimsə ləzzət axtarmadan, yaxud (zəruri miqdardan) həddi aşmadan (onları yeməyə) məcbur olsa, həqiqətən, sənin Rəbbin çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
De ki: “Mənə vəhy olunan Qur`anda bir kimsənin yediyi yeməklər arasında leş, axıdılmış qan, donuz əti – ki o, şübhəsiz, nəcisdir – ya da Allahdan başqası adına kəsilmiş bir (mundar) heyvandan başqa haram buyurulmuş bir şey görmürəm. Lakin istismar etmədən və zərurət ölçüsünü aşmadan kim bunlardan yemək məcburiyyətində qalarsa, yeyə bilər”. Şübhəsiz Rəbbin çox bağışlayandır, çox mərhəmətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Mənə gələn vəhylər içərisində yeyənlər üçün haram buyrulmuş yeməklər görmürəm. Ölü heyvan və ya axar qan, yaxud donuz əti - çünki bu, murdardır - və yaxud Allahdan başqasının adı ilə kəsilmiş natəmiz heyvanlar isə (haramdır). Hər kim istəmədən və həddini aşmadan (bunlardan yeməyə) məcbur olarsa (günah olmaz). Həqiqətən, sənin Rəbbin bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
De ki: "Mənə vəhy olunan şeylərdə, leş və ya axar qan, yaxud donuzun əti -şübhəsiz donuzun əti çirklidir, narahatlıq verər- yaxud Allahdan başqasının adı ilə kəsilmək kimi haqq yolun xaricinə çıxılanlar istisna olmaqla, onları yeyən üçün haram edilmiş bir şey görmürəm. Artıq kim çarəsiz qalsa, həddi aşmamaq və zərurət sərhədini keçməmək şərti ilə bunlardan yeyə bilər." Budur, həqiqətən, sənin Rəbbin çox bağışlayandır, çox rəhm edəndir.