Əlixan Musayev:
Musa Bizim təyin etdiyimiz vaxt üçün tayfasından yetmiş kişi seçdi. Onları zəlzələ yaxaladıqda o dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan əvvəl onları da, məni də məhv edərdin. Özümüzdən olan səfehlərin etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, yalnız Sənin sınağındır. Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən. Sən bizim Himayəçimizsən! Bizi bağışla və bizə rəhm et! Axı Sən bağışlayanların ən yaxşısısan.
Bünyadov-Məmmədəliyev:
Musa Bizim (Sina dağında) təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş (mötəbər) adam seçmişdi. Onları sarsıntı yaxalayanda (ildırım vuranda Musa) dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu (baş verən işlər) Sənin sınağından başqa bir şey deyildir. Sən onunla (bu sınaqla) istədiyini zəlalətə düçar edər, istədiyini doğra yola salarsan. Sən bizim hamimizsən (ixtiyar sahibimizsən). Bizi bağışla və rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan!
Elmir Quliyev
:
Муса (Моисей) отобрал из своего народа семьдесят мужей для назначенного Нами срока и места. Когда же их поразило землетрясение, он сказал: "Господи! Если бы Ты пожелал, то погубил бы их прежде вместе со мной. Неужели Ты погубишь нас за то, что совершили глупцы из нас? Воистину, это является всего лишь Твоим искушением, посредством которого Ты вводишь в заблуждение, кого пожелаешь, и ведешь прямым путем, кого пожелаешь. Ты — наш Покровитель, прости же нас и помилуй, ибо Ты — Наилучший из прощающих!
Ələddin Sultanov:
Musa təyin etdiyimiz vaxt üçün öz qövmündən yetmiş adam seçdi. Onlar zəlzələyə məruz qaldıqları zaman Musa dedi: “Ey Rəbbim! Əgər istəsəydin, onları da, məni də daha əvvəl məhv edərdin. Aramızdakı səfehlərin etdikləri əməllərə görə bizi (hamımızı) məhv edəcəksən? Bu, Sənin imtahanından başqa bir şey deyil. Sən onunla dilədiyin kimsəni zəlalətə düçar edər, dilədiyini də doğra yola yönəldərsən. Sən bizim himayədarımızsan. Bizi bağışla və bizə rəhm et! Sən bağışlayanların ən xeyirlisisən. (İsrail oğulları buzova sitayiş etdikləri üçün peşman olduqdan sonra Allah-Təala Musa peyğəmbərə əmr etdi ki, qövmündən yetmiş nəfər nümayəndə seçib onlarla birlikdə Allahın hüzuruna gəlsin və hamılıqla tövbə etsinlər.)
Kerbelayi Malik ağa:
Musa (ə.s) Bizim təyin etdiyimiz vaxt üçün qövmündən yetmiş adam seçdi. Onları şiddətli bir sarsıntı yaxaladıqda belə dedi: ‘Rəbbim, əgər diləsəydin daha əvvəl onları və məni həlak edərdin. İçimizdən səfehlərin etdiklərinə görə, bizi həlakmı edəcəksən? O, ancaq Sənin bir imtahanındır. Onunla dilədiyini dəlalətdə buraxarsan və dilədiyini hidayətə ərdirərsən. Sən bizim dostumuzsan. Artıq bizə məğfirət və rəhmət et. Sən məğfirət edənlərin ən xeyirlisisən.’
Ələsgər Musayev:
Musa qoumundan yetmiş nəfər kişi Bizim təyin etdiyimiz vaxt üçün seçdi. Amma elə ki, titrəmə onları tutdu, dedi: «Rəbbim! Əgər Sən istəsəydin bundan qabaq onları da, məni də həlak edərdin. Ə, aramızdakı səfehlərin etdiyi günahlara görə bizi həlakmı edəcəksən? Bu, ancaq Sənin sınağındır, onunla kimi istəsən zəlalətdə tərk edər və kimi istəsən hidayət edərsən. Sən bizim dostumuzsan. Bağışla bizim üçün və rəhm et bizə. Sən bağışlayanların xeyirlisisən!
A.Mehdiyev və D.Cəfərli:
Musa öz qövmündən (onların arasından) Bizim vədələşdiyimiz yer(ə qövmü buzova pərəstiş etməmişdən qabaq Tövratın nazil olması vəd edilən yerə və ya buzova pərəstişdən sonra tövbənin qəbul ediləcəyi yerə gətirmək) üçün yetmiş kişi seçdi. Beləliklə (səs eşitməklə kifayətlənməyib Allahı görmək istədikləri vaxt), o şiddətli titrəyiş onları bürüyəndə (və onların hamısı öləndə, Musa) dedi: «Ey Rəbbim, əgər istəsəydin onları və məni bundan əvvəl həlak edərdin. Bizi ağılsızlarımızın etdikləri şeyə görəmi həlak edəcəksən? Bu, Sənin sınağından başqa bir şey deyildir. İstədiyini onunla azdırır və istədiyini onunla hidayət edirsən. Sən bizim yardımçı və başçımızsan. Bizi bağışla və bizə rəhm et ki, Sən bağışlayanların ən yaxşısısan».
Kövsər Tağıyev:
Musa təyin etdiyimiz yerə getmək üçün qövmündən yetmiş adam seçdi. Onları sarsıntı yaxaladıqda (özlərindən getdilər). Musa: “Ey Rəbbim! İstəsəydin onları da, məni də bundan əvvəl həlak edərdin. İndi aramızdan bəzi səfehlərin etdiyi günah səbəbi ilə bizi həlak edəcəksən? Bu, sırf sənin bir imtahanındır. Onunla istədiyini zəlalətə düçar edər, istədiyini də doğru yola yönəldərsən. Sən bizim vəlimizsən. Artıq bizi bağışla və bizə rəhm et. Sən bağışlayanların ən xeyirlisisən”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa Bizim təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş adam seçdi. Onlara sarsıntı üz verdikdə o dedi: "Rəbbim, əgər Sən istəsəydin, onları mənimlə birlikdə əvvəlcədən məhv edərdin. Məgər içərimizdən olan səfehlərin ucbatından bizi də məhv edəcəksən? Bu, yalnız Sənin sınağındır. İstədiyin kəsi bununla yoldan çıxarar, istədiyin kəsə düz yol göstərərsən. Sən bizim himayəçimizsən. Bizi bağışla və bizə rəhm et. Axı Sən bağışlayanların ən yaxşısısan!
Sabirə Dünyamalıyeva:
Və Musa, təyin etdiyimiz vaxt üçün qövmünə yetmiş kişi seçdi. O sarsıntı bunları yaxaladığı vaxt, bax o vaxt Musa "Rəbbim!" dedi, "İstəsəydin bunları da, məni də daha əvvəl dəyişikliyə/məhvə məruz qoyardın. İndi bizi, aramızdakı o səfehlərin etdiklərinə görə dəyişikliyə/məhvə məruzmu qoyacaqsan? O, Sənin, saflaşmağımız üçün oda atmağından başqa bir şey deyil. Sən bu saflaşdırma işində istədiyini azğınlıqda buraxarsan, istədiyinə də yol göstərərsən. Sən bizim yardımçımız, yol göstərən yaxınımızsan. Artıq bizi bağışla, bizə mərhəmət et, Sən bağışlayanların ən xeyirlisisən. Və bizə həm bu dünyada bir yaxşılıq yaz, həm də axirətdə. Biz həqiqətən də Sənə döndük."