Əlixan Musayev:
bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətədüçaredildilər.) Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.
Bünyadov-Məmmədəliyev:
(Onların lənətə düçar olmalarının bir səbəbi də: ) ”Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük”, - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər.
Elmir Quliyev
:
и сказали: "Воистину, мы убили Мессию Ису (Иисуса), сына Марьям (Марии), посланника Аллаха". Однако они не убили его и не распяли, а это только показалось им. Те, которые препираются по этому поводу, пребывают в сомнении и ничего не ведают об этом, а лишь следуют предположениям. Они действительно не убивали его (или не убивали его с уверенностью).
Ələddin Sultanov:
(Onları lənətləməmizin bir səbəbi də,) “Biz Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük!” - demələridir. Halbuki, onu (İsanı) nə öldürdülər, nə də çarmıxa çəkdilər. Lakin onlara o (öldürdükləri şəxs), (İsaya) bənzər şəkildə göstərildi. Onun haqqında ixtilafda olanlar, əlbəttə, şübhə içərisindədirlər. Ona dair onların əlində heç bir (doğru) bilgi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Onu (İsanı) qətiyyən öldürmədilər. (Allah İsa peyğəmbəri, onu öldürmək istəyən yəhudilərin əlindən xilas etmiş, İsa peyğəmbərin yerini xəbər verərək ona xəyanət edən adamı İsa peyğəmbərə bənzər şəkildə göstərmiş və onlar da İsa peyğəmbərin əvəzinə onu öldürmüşdülər.)
Kerbelayi Malik ağa:
Onların ‘Şübhəsiz ki, Allahın Elçisi Məryəmin oğlu İsa Məsihi biz öldürdük.’ sözləri (çox böyük böhtandır). Onu öldürmədilər və onu asmadılar. Lakin (öldürülən adam) onlara (Məryəmin oğlu İsa Məsihin) bənzəri olaraq göstərildi. Şübhəsiz ki, onun haqqında ixtilafa (anlaşılmazlığa) düşənlər ondan (bu xüsusda) mütləq şübhə içindədilər. Onların onunla bağlı zənnə tabe olmaqdan başqa bir elmləri (bilgiləri, məlumatları) yoxdur. Onu yəqinliklə öldürmədilər (öldürə bilmədilər).
Ələsgər Musayev:
və sözlərinə görə ki:
«Həqiqətən, qətl etdik biz Məsih Isa Məryəm oğlunu - rəsulunu
Allahın». Deyil qətli onun və deyil səlibi onun və lakin
şübhədir onlar üçün. Həqiqətən, o kəslərin ki, ixtilafı onda
şəkdədirlər ondan, deyil onlar üçün onunla elmdən, ancaq
tabedirlər zənnə. Deyil qətli onun - yəqin.
A.Mehdiyev və D.Cəfərli:
və eləcə də «biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdük» demələrinə görə (lənət və əzaba düçar oldular)! Halbuki onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlara belə göründü (güman etdilər ki, İsa döyüşdə öldürüldü, yaxud onun şəklində olan başqa bir şəxsin öldürülməsini güman etdilər, yaxud da yalandan peyğəmbərlik iddiasında olan İsa adlı birisi bir müddətdən sonra öldürüldü). Həqiqətən onun barəsində fikir ayrılığında olanlar bu barədə şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və gümana tabe olmaqdan başqa bir elmləri yoxdur. Onu həqiqətən öldürməyiblər,
Kövsər Tağıyev:
və “Biz Allahın peyğəmbəri Məryəm oğlu İsa Məsihi öldürdük”, – demələri səbəbi ilə onların qəlblərini möhürlədik. Halbuki onu öldürmədilər və asmadılar. Lakin onlara elə göstərildi. Onun haqqında ixtilafa düşənlər bu barədə qəti bir şübhə içərisindədirlər. Bu barədə heç bir bilgiləri yoxdur. Ancaq zənnə uyurlar. Qəti olaraq onu öldürmədilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın peyğəmbəri, Məryəm oğlu İsa Məsihi öldürdük" - demələrinə görə (möhür vurmuşdur). Halbuki onu nə öldürüb, nə də çarmıxa çəkiblər, lakin onlara elə göstərilmiştir. Onun haqqında ixtilafda olanlar bu barədə şübhə içərisindədirlər. Onların zənnə uymalarından başqa bu barədə heç bir məlumatları yoxdur. Onlar onu heç də öldürməmişlər.
Sabirə Dünyamalıyeva:
Biz, Allahın peyğəmbəri Məryəm oğlu İsa Məsihi həqiqətən öldürdük demələri səbəbiylə onlardan möhkəm bir əhd aldıq. Halbuki Onu öldürmədilər və ona qarşı sərt hərəkət etmədilər. Amma onlar üçün, İsa, bənzədildi. Həqiqətən, Onun haqqında ixtilafa düşənlər, qəti surətdə əksik məlumata sahibdirlər. Onların bu barədə zənnə qapılmaqdan başqa heç bir məlumatı yoxdur. Onu qətiyyən olaraq öldürmədilər.