Ali-İmran Surəsi 159. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!
Elmir Quliyev :
По милости Аллаха ты был мягок по отношению к ним. А ведь если бы ты был грубым и жестокосердным, то они непременно покинули бы тебя. Извини же их, попроси для них прощения и советуйся с ними о делах. Когда же ты примешь решение, то уповай на Аллаха, ведь Аллах любит уповающих.
Ələddin Sultanov:
Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə onları əfv et onların bağışlanmaları üçün dua et. (Müəyyən dünyəvi) işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldiyin zaman isə Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər. (Yuxarıdakı ayədən görüldüyü kimi, İslam dini, müsəlmanların rəhbəri Həzrət Peyğəmbər (s.ə.s.) olsa da, ümmət üçün idarəçilikdə məsləhət məşvərət mənasına gələn “şura” prinsipini ortaya qoymuşdur. Belə ki, Həzrət Peyğəmbər (s.ə.s.) bəzi dünyəvi məsələlərdə səhabələrlə məsləhətləşmişdir. Məsləhət məşvərətin mahiyyəti isə İslam cəmiyyətinin vəziyyətinə yaşadıqları dövrə görə fərqli ola bilər.)
Kerbelayi Malik ağa:
O zaman Allahdan bir rəhmət səbəbiylə onlarla yumşaq (mülayim) davrandın. Əgər sən kobud, daş ürəkli olsaydın, mütləq sənin ətrafından dağılardılar. Artıq onları əfv et, onlar üçün məğfirət dilə işlər barəsində onlarla müşavirə et (məsləhətləş). Qərar verdiyin zaman artıq Allaha təvəkkül et. Şübhəsiz ki, Allah təvəkkül edənləri (Allaha güvənənləri) sevər.
Ələsgər Musayev:
Allahdan bir rəhmətdir ki, sən onlarla mülayimsən. Əgər sən kobud, qəlbi qəliz olsaydın, onda ətrafından dağılardılar. Əfv onları bağışlanmaq istə onlar üçün məşvərət et onlarla işdə! onda ki, əzimlisən, təvəkkül et Allaha. Həqiqətən, Allah sevir təvəkkül edənləri!
A.Mehdiyev və D.Cəfərli:
Bel?likl?, Allah t?r?find?n olan r?hm?tin b?r?k?ti say?sind? onlarla (oz umm?tinl?) mulayim oldun v? ?g?r qaba v? dasur?kli olsayd?n, onlar mutl?q s?nin ?traf?ndan dag?l?sard?lar. Bel? is?, onlar? ?fv et, onlar ucun bag?slanmaq dil? v? isl?rd? onlarla m?sl?h?tl?s v? q?ti q?rara g?ldikd?n sonra Allaha t?v?kkul et ki, subh?siz, Allah t?v?kkul ed?nl?ri sevir.
Kövsər Tağıyev:
Allahın rəhməti sayəsində sən onlara qarşı mülayim rəftar etdin. Əgər qaba, qatı qəlbli olsaydın, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et. Onlar üçün Allahdan bağışlanma dilə. İş barəsində onlarla məşvərət et. Qəti qərara gəlib əzm etdikdə isə, artıq Allaha təvəkkül et (Ona arxalan). Şübhəsiz, Allah təvəkkül edənləri sevər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın mərhəmətinə görə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, onlar sənin ətrafından dağılışardılar. Onları əfv et, onlar üçün bağışlanma dilə hər barəsində onlarla məsləhətləş. Bir qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.
Sabirə Dünyamalıyeva:
Sən, sırf Allahın mərhəməti səbəbiylə onlarla yumşaq rəftar etdin. Əgər qaba, daşürəkli olsaydın, onlar sənin ətrafından dağılışıb gedərdilər. Artıq onları bağışla, onlar üçün bağışlanmaq dilə. İşlərdə onlarla məsləhətləş; işin ən gözəlini birgə tapıb meydana çıxar, nəhayət [qərara gəlib] əzm etdikdən sonra işin nəticəsini Allaha tapşır. Şübhəsiz ki, Allah, işin nəticəsini Ona tapşıranları sevər.