Əlixan Musayev:
Daha bir döyüş əməliyyatı keçirmək üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulanlar istisna olmaqla, kim belə bir gündə özününkülərə arxa çevirərsə, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer Cəhənnəmdir. O, necə də pis dönüş yeridir.
Bünyadov-Məmmədəliyev:
(Düşməni aldatmaq məqsədilə yalandan özünüzü qaçan kimi göstərib) təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.
Elmir Quliyev
:
Те, которые в такой день повернутся спиной к неверующим, кроме тех, кто разворачивается для боя или для присоединения с отрядом, навлекут на себя гнев Аллаха. Их пристанищем будет Геенна. Как же скверно это место прибытия!
Ələddin Sultanov:
(Təkrar) döyüşmək üçün bir kənara çəkilənlər və ya (möminlərdən ibarət digər bir) dəstəyə qoşulanlar istisna olmaqla, o gün kim onlara (düşmən ordusuna) arxasını çevirərsə, şübhəsiz, o, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer cəhənnəmdir. Ora nə pis dönüş yeridir!
Kerbelayi Malik ağa:
Döyüş üçün təkrar geriyə dönmək üzrə və ya bir dəstəyə qatılmaq üzrə geriyə dönməsi istisna olmaqla, kim o gün onlara arxasını çevirərsə (qaçarsa), artıq Allahdan bir qəzəbə uğramışdır (layiq olmuşdur). Onun yeri cəhənnəmdir. Necə də pis bir dönüş yeridir.
Ələsgər Musayev:
Təkrar döyüş üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan istisna olmaqla, kim həmin gündə onlara dal çevirib qaçsa, bais olar qəzəblə Allahdan. Onun yeri cəhənnəmdir və pis dönüş yeridir!
A.Mehdiyev və D.Cəfərli:
Həmin gün – döyüşü davam etdirmək üçün başqa bir yer axtaran (yenidən hücum etmək üçün geri çəkilmə fəndi işlədən) və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla – onlara arxa çevirən kəs mütləq, Allahın qəzəbini özünə qoşmuşdur və onun sığınacağı Cəhənnəmdir. Ora pis bir dönüş yeridir.
Kövsər Tağıyev:
– Döyüş taktikası olaraq düşməni vurmaq üçün geri çəkilmək ya da başqa bir dəstəyə qoşulmaq kimi hallar istisna olmaqla – belə bir gündə kim onlara arxasını dönərsə, o, mütləq Allahın qəzəbinə uğrayar. Onun gedəcəyi yer cəhənnəmdir. Nə pis yerdir ora!
M.Qənioğlu və T.Bilaloğlu:
Başqa bir döyüş tədbiri görmək və ya başqa bir dəstəyə qoşulmaq (istəyənlər) istisna olmaqla kim belə bir gündə dönüb qaçarsa, Allahın qəzəbinə düçar olar. Onun yeri cəhənnəmdir. Nə pis bir dönüş yeridir!
Sabirə Dünyamalıyeva:
Ve belə bir gündə hər kim onlara -təzədən qayıdıb vuruşmaq üçün geri çəkilmək və yaxud başqa bir dəstədə yenidən mövqe seçmək kimi halar istisna olmaqla- arxa çevirsə, həqiqətən Allahın qəzəbinə düçar olar və onun gedəcəyi yer cəhənnəmdir. Ora nə pis bir dönüş yeridir.