Əlixan Musayev:
Biz onları on iki nəslə – ümmətə böldük. Qövmü Musadan su istədikdə, Biz ona: “Əsanla daşa vur!”– deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz onların üstünə buludla kölgə saldıq, onlara manna və bildirçin endirdik, (özlərinə də:) “Sizə ruzi kimi verdiyimiz pak şeylər-dən yeyin!”(– dedik.) Onlar Bizə zülm etmədilər, ancaq özləri özlərinə zülm etdilər.
Bünyadov-Məmmədəliyev:
Biz onları (İsrail oğullarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı (Tih səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: “Əsanı daşa vur!” – deyə vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara: “Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!” dedik. Onlar (naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə) Bizə deyil, ancaq özlərinə zülm edirdilər!
Elmir Quliyev
:
Мы разделили их на двенадцать колен — родов. Когда же его народ попросил его напоить их, Мы внушили Мусе (Моисею): "Ударь своим посохом по камню". Из него забило двенадцать ключей, и все люди узнали, где им надлежит пить. Мы осенили их облаками и ниспослали им манну и перепелов: "Вкушайте блага, которыми Мы наделили вас". Они не были несправедливы по отношению к Нам — они поступали несправедливо лишь по отношению к себе.
Ələddin Sultanov:
Biz onları (İsrail oğullarını) on iki qəbiləyə ayırdıq. Qövmü ondan su istədiyi zaman biz Musaya: “Əsanı daşa vur!” – deyə vəhy etdik. Ondan dərhal on iki çeşmə fışqırdı. Hər qəbilə özünün su içmə yerini bildi. Buludlarla da onların üstünə kölgə saldıq. Onlara qüdrət halvası və bildirçin əti də endirdik. (Onlara dedik ki:) “Sizə verdiyimiz ruzilərin təmiz olanından yeyin!” Ancaq onlar (əmrlərimizə itaət etməyərək) Bizə deyil, özlərinə zülm edirdilər.
Kerbelayi Malik ağa:
Onları ümmət olaraq on iki sibtə (nəsilə, qəbiləyə) böldük. Qövmü ondan su istədiyi zaman Musaya (ə.s) əsasını daşa vurmasını vəhy etdik. Dərhal ondan on iki çeşmə fışqırdı. Hər qrup insan içəcəyi yeri bildi. Onların üzərinə buludla kölgə saldıq. Onlara qüdrət halvası və bildirçin endirdik. Sizə ruzi verdiyimiz halal şeylərdən yeyin! (Onlar) Bizə zülm etmədilər, lakin öz nəfslərinə zülm etdilər.
Ələsgər Musayev:
Biz onları on iki nəsilə - ümmətə böldük. Onda ki, onun qoumu içmək üçün su istədi, Musaya vəhy etdik: «Əsanı daşa vur!» Ondan on iki bulaq çıxdı və külli insan su içmək üçün öz yerini bildi. Üzərlərinə buludla kölgə saldıq və onlar üçün manna və səlva nazil etdik. «Sizə ruzi verdiyimiz təmiz şeylərdən yeyin!» Onlar Bizə zülm etmədilər və lakin öz nəfslərinə zülm edən oldular!
A.Mehdiyev və D.Cəfərli:
Və onları (Yəqubun) hər biri bir ümmət olan nəvələr(in)dən ibarət on iki qəbiləyə böldük və qövmü Musadan su istəyən zaman ona vəhy etdik ki, öz əsanı (Tur dağından gətirdiyin kub şəkilli) o daşa vur. Beləliklə, ondan on iki çeşmə (dörd tərəfin hər birindən üç çeşmə) qaynadı (axmağa başladı). Hər bir ümmət özünün su içəcəyi yeri tanıdı. Ağ və üst-üstə yığılmış buludu onların başları üzərində kölgəlik etdik və onlara «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin nazil etdik «sizə verdiyimiz pak ruzilərdən yeyin» (dedik). Onlar (öz itaətsizlikləri ilə) Bizə zülm etmədilər və lakin özlərinə zülm edirdilər. (Bəqərə surəsinin 57-ci ayəsinə müraciət edin).
Kövsər Tağıyev:
Biz onları on iki qəbiləyə böldük. (Tih səhrasında susuzluqdan əziyyət çəkən) qövmü Musadan su istədikdə biz ona: “Əsanı daşa vur”, – deyə vəhy etdik. (O, əsasını daşa vurduqda) daşdan on iki bulaq fışqırdı. Hər kəs (öz) su içəcəyi yeri bildi. Buludu üstlərinə kölgəlik etdik və onlara qüdrət halvası və bildirçin endirdik. “Sizə ruzi olaraq verdiyimiz şeylərin yaxşı və təmiz olanlarından yeyin”, – (dedik). Onlar bizə zülm etmədilər, lakin öz nəfslərinə zülm edirdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onları on iki nəslə - millətə böldük. Biz Musaya onun camaatı ondan içməyə su istədikdə Biz ona vəhy etdik: "Əsanla daşa vur!" Oradan on iki çeşmə qaynayıb çıxdı. Hər dəstə ondan öz su götürəcəyi yeri tanıdı. Buludlarla onların üzərinə kölgə saldıq, onlara qüdrət halvası və bildirçin endirdik. "Sizə verdiyimiz gözəl ruzilərdən yeyin." -dedik. Onlar Bizə zülm etmədilər, öz-özlərinə zülm etdilər!
Sabirə Dünyamalıyeva:
Və Biz onları, hər birinə on iki nəvədən birinin başçılıq etdiyi qəbilələrə böldük. Və qövmü Musadan su istərkən Musaya, "Biliklərini o daş qəlbli qövmünə tətbiq et" deyə vəhy etdik. Dərhal o daş qəlbli qövmdən on iki qövm/ölkə xalqı[#119] əmələ gəldi. Xalqlardan hər biri haradan su götürəcəyini yaxşıca öyrəndi/işarələdi. Və buludu da üstlərinə kölgə etdik. Onlara qüdrət halvası və bal/bildirçin endirdik; sizə ruzi olaraq verdiyimiz nemətlərin təmizindən yeyin! Onlar Bizə zülm etmədilər, öz-özlərinə zülm edirdilər.