Əlixan Musayev:
Allah möminlərə, öz aralarından onlara (Allahın) ayələrini oxuyan, onları (günahlardan) təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər.
Bünyadov-Məmmədəliyev:
Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.
Elmir Quliyev
:
Аллах уже оказал милость верующим, когда отправил к ним Пророка из них самих, который читает им Его аяты, очищает их и обучает их Писанию и мудрости, хотя прежде они находились в очевидном заблуждении.
Ələddin Sultanov:
übhəsiz ki, Allah möminlərə, öz içlərindən onlara (Allahın) ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərməklə lütf etmişdir. Halbuki daha əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.
Kerbelayi Malik ağa:
And olsun ki, Allah möminlərin (başlarının) üzərinə (dövrün imamının ruhu) bir nemət olmaq üzərə (onların aralarında, öz qövmünün içində) özlərindən bir rəsul bəas edər. Onlara Onun (Allahın) ayələrini tilavət edər, onları islah edər və onlara kitab və hikməti öyrədər. Ondan əvvəl (Allaha təslim olmağı diləmədən əvvəl) onlar həqiqətən açıq-aşkar bir dəlalət içində idilər.
Ələsgər Musayev:
Əlbəttə, minnət
qoydu Allah inananların üzərinə, onda qaldırdı onların
özlərindən onlara rəsul – tilavat edir üzərinə onların ayətlərini
Onun və onları paklayır və bildirir onlara kitabı və hikməti və
əgər oldular qabaqcadan aşkar zəlalətdə.
A.Mehdiyev və D.Cəfərli:
Subh?siz, Allah mominl?rin boynuna onlara (m?l?kl?rd?n v? cinl?rd?n deyil) ozl?rind?n Onun ay?l?rini onlara oxuyan, onlar? paklasd?ran v? onlara (s?mavi) kitab?, s?ri?t hokml?rini v? ?qli maarifi oyr?d?n bir peyg?mb?r gond?r?n zaman haqq qoydu. H?qiq?t?n onlar bundan ?vv?l ac?q-ayd?n bir azg?nl?qda idil?r.
Kövsər Tağıyev:
And olsun ki, Allah möminlərə öz aralarından; onlara ayələrini oxuyan, onları arındırıb təmizləyən, onlara kitab və hikməti öyrədən bir peyğəmbər göndərməklə böyük bir lütf etmişdir. Halbuki onlar daha əvvəl açıq-aydın zəlalət içində idilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah iman gətirənlərə bir lütf olaraq öz içərilərindən onlara Allahın ayələrini oxuyan, onları pak edən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar aşkar bir çaşqınlıq içərisində idilər.
Sabirə Dünyamalıyeva:
And olsun ki Allah, möminlərə onların öz içlərindən, onlara Allahın ayələrini oxuyan, onları saflaşdıran, onlara kitabı [öyrədən] və haqsızlığın, fitnə-fəsadın və qarışıqlığın qarşısını almaq qoyulmuş qanun, düstur və prinsipləri öyrədən bir peyğəmbər göndərməklə böyük bir yaxşılıq etmişdir. Halbuki onlar, daha əvvəl açıq-aydın bir azğınlıqda idilər.