Ənam Surəsi 164. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa tanrımı axtaracağam?” Hər kəsin qazandığı (günah) yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq O, ziddiyyətə düşüb çəkişdiyiniz məsələlər barədə sizə xəbər verəcəkdir.
Bünyadov-Məmmədəliyev:
De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm? “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir.
Elmir Quliyev :
Скажи: "Неужели я стану искать другого господа помимо Аллаха, в то время как Он Господь всякой вещи?" Каждая душа приобретает грехи только во вред самой себе. Ни одна душа не понесет чужого бремени. Затем вам предстоит вернуться к вашему Господу, и Он поведает вам о том, в чем вы расходились во мнениях.
Ələddin Sultanov:
De: “Allah hər şeyin Rəbbi ikən başqa Rəbmi istəyəcəm?!” Hər kəs ancaq özü üçün qazanır. (Günah yükü) daşıyan heç kəs başqasının yükünü daşımaz. Sonra sizin dönüşünüz Rəbbinizədir. O, ixtilafa düşdüyünüz məsələlər barəsində sizə xəbər verəcəkdir.
Kerbelayi Malik ağa:
‘O hər şeyin Rəbbi ikən Allahdan başqa Rəbmi istəyim?’ de. Bütün nəfslər özünə aid olandan başqasını qazanmaz. Bir günahkar başqasının günahını (yükünü) daşımaz. Sonra dönüşünüz Rəbbinizədir. O zaman haqqında ixtilafa düşdüyünüz şeyləri sizə xəbər verəcək.
Ələsgər Musayev:
Yoxdur şərik Onun üçün bunun ilə əmr olunub mənə mən təslim olanların əvvəlincisiyəm!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Allah hər bir şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbb axtarım?! Heç kəs (xeyir ya şər əməli) özündən başqası üçün qazanmır heç bir günah yükü çəkən başqasının günah yükünü götürmür. Sonra dönüşünüz Rəbbinizə tərəfdir. Beləliklə O, sizi barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir.
Kövsər Tağıyev:
De ki: “Hər şeyin Rəbbi O ikən mən başqa bir rəbmi axtarım? Hər kəs günahı yalnız öz əleyhinə qazanır. Heç bir günahkar başqa bir günahkarın günah yükünü çəkməz. Sonra qayıdışınız yalnız Rəbbinizədir. O, sizə ixtilaf etdiyiniz şeyləri bildirəcək”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Allah hər şeyin Rəbbi ola-ola mən Ondan başqa bir Rəbbmi axtaracağam?" Hər kəsə ancaq öz kəsb etdiyi qalacaq. Bir yük [günah] daşıyan başqasının yükünü daşımaz. Sonra isə qayıdışınız Rəbbinizədir O da sizin nədə ixtilafda olduğunuzu sizə bildirəcəkdir.
Sabirə Dünyamalıyeva:
De ki: "Allah hər şeyin Rəbbi olduğu halda, mən Allahdan başqa Rəbbmi axtarım?" Hər kəsin qazandığı yalnız özünə aiddir. Yükünü daşıyan kimsə, bir başqasının yükünü daşımaz. Sonra yalnız Rəbbinizə qayıdacaqsınız. Beləliklə, Allah ixtilafda olduğunuz şeyi sizə xəbər verəcəkdir.