Bəqərə Surəsi 165. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsanlardan elələri vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət qüvvətin Allaha məxsus olduğunu Allahın şiddətli əzab verdiyini görəydilər.
Bünyadov-Məmmədəliyev:
İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu Allahın əzabının şiddətli olacağını bilərdilər.
Elmir Quliyev :
Среди людей есть такие, которые приобщают к Аллаху равных и любят их так же, как любят Аллаха. Но те, которые уверовали, любят Аллаха сильнее. Если бы беззаконники, узрев мучения, увидели, что могущество целиком принадлежит Аллаху и что Аллах причиняет тяжкие мучения.
Ələddin Sultanov:
İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur onları Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu Allahın əzabının şiddətli olduğunu dərk edəydilər.
Kerbelayi Malik ağa:
İnsanlardan bir qismi Allahdan başqasını şərik qoşub, onları (şərik qoşduqları şeyləri) Allahı sevərcəsinə sevərlər. (Halbuki) amənu olanların Allaha olan sevgiləri daha qüvvətlidir. Zülm edənlər əzab görəcəkləri (əzaba uğrayacaqları) zaman bütün qüvvətin tamamilə Allaha aid olduğunu Allahın şiddətli əzabı olduğunu kaş ki, görsəydilər.
Ələsgər Musayev:
İnsanlardan var kim ki, götürür Allahdan başqa taylar. Sevirlər onları Allahı sevən kimiO kəslər kiinandılar, şiddətlidir sevgiləri Allah üçün. Əgər görsəydilər o kəslər kizalimdirlər, onda görəcəklər əzabı ki, həqiqətən, qüvvət Allah üçündür cəmiyyən Allah şiddətlidir əzabda!…
A.Mehdiyev və D.Cəfərli:
İnsanların bəziləri Allahın yerinə (bütlərdən, ulduzlardan cinlərdən) şəriklər seçərək onları Allahı sevməli olduqları kimi sevərlər. Lakin iman gətirənlərin Allaha olan məhəbbətləri (onların öz məbudlarına olan məhəbbətlərindən) daha çoxdur. Əgər zülm edənlər (axirət) əzabı(nı) müşahidə etdikləri zaman həqiqətən bütün qüdrət gücün Allaha məxsus olmasını Allahın şiddətli əzab verən olmasını görsələr (çox peşiman olacaqlar).
Kövsər Tağıyev:
İnsanlar arasında Allahı qoyub Ona şərik qoşanlar var. Onları Allahı sevən kimi sevərlər. Möminlərin Allaha olan sevgisi daha güclü bir sevgidir. Zülm edənlər əzaba uğrayacaqları zaman bütün qüvvətin Allaha məxsus olduğunu Allahın əzabının çox şiddətli olduğunu kaş ki, biləydilər.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlardan elələri vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutaraq onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlər isə ən çox Allahı sevirlər. Əgər öz-özlərinə zülm edənlər məruz qalacaqları əzabdan xəbərdar olsaydılar, onda qüdrətin bütünlüklə Allaha məxsus olduğunu Allahın verdiyi əzabın şiddətli olduğunu bilərdilər.
Sabirə Dünyamalıyeva:
İnsanlardan bəziləri Allahın altındakılardan bəzi şeyləri [Allaha] tay tutan kəslərdir. Onları, Allahı sevdikləri kimi sevirlər. Halbuki iman etmiş kəslər, Allaha məhəbbət cəhətdən daha qüvvətlidir. şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslər,