Əlixan Musayev:
Tabe olanlar deyəcəklər: “Əgər bizim üçün (dünyaya) dönüş olsaydı, (indi) onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar (heç vaxt Cəhənnəm) odundan çıxa bilməyəcəklər.
Bünyadov-Məmmədəliyev:
O zaman (bütpərəstlərə) tabe olanlar: “Əgər bir də (dünyaya) qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq”, - deyərlər. Beləcə (qiyamətdə) Allah onların əməllərinin yalnız həsrətdən (peşmançılıqdan) ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər.
Elmir Quliyev
:
Те, которые следовали за другими, скажут: "Если бы у нас был еще один шанс, то мы отреклись бы от них, подобно тому, как они отреклись от нас". Таким же образом Аллах покажет им их деяния, чтобы это опечалило их. Они никогда не выйдут из Огня.
Ələddin Sultanov:
Tabe olanlar isə belə deyəcəklər: “Əgər dünyaya qayıtmaq əlimizdə olsaydı, onlar (indi) bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq”. Beləcə, Allah onlara əməllərini peşmançılıqlarının səbəbi kimi göstərəcək və onlar cəhənnəmdən çıxa bilməyəcəklər.
Kerbelayi Malik ağa:
O (Allahdan başqasına) tabe olanlar dedi ki: ‘Kaş ki, bizim üçün (dünyaya) bir dəfə daha dönüş olsaydı. O zaman bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq. ‘Beləcə Allah onlara əməllərinin ziyana düşdüyünü (hüsrana düşdüklərini) göstərəcək. Onlar atəşdən çıxacaq da deyillər.
Ələsgər Musayev:
Deyəcək o kəslər ki,
tabedirlər: «Əgər ki mümkün olsaydı bizim üçün bir kərə
qayıtmaq, ayrılardıq onlardan nə qədər ayrıldılar bizdən!»
Belə göstərər onlara Allah əməllərinin həsrətini üzərlərində və
deyil onlar oddan xaric!
A.Mehdiyev və D.Cəfərli:
(Küfr və zülm başçılarına) tabe olanlar deyərlər: «Kaş bizim üçün (dünyaya) bir qayıtmaq (imkanı) olaydı və onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşaydıq». Allah onların (dünya) əməllərini bu cür həsrət amilləri kimi onlara göstərər. Onlar Cəhənnəm odundan əsla çıxan deyildirlər.
Kövsər Tağıyev:
Tabe olanlar belə deyərlər: “Kaş ki, dünyaya bir qayıdaydıq, onların indi bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşaydıq”. Beləliklə, Allah onlara etdikləri əməlləri peşmanlıq qaynağı olaraq göstərər. Onlar atəşdən çıxacaq deyillər.
M.Qənioğlu və T.Bilaloğlu:
Arxada gələnlər deyərlər: "Biz bir daha (dünyaya qayıtsaydıq) onlar bizdən uzaqlaşdığı kimi biz də onlardan uzaq olardıq." Tutduqları əməllərə görə Allah onlara beləcə peşmançılıq göstərər. Onlar cəhənnəm odundan çıxa bilməyəcəklər.
Sabirə Dünyamalıyeva:
Onlara tabe olanlar da, "Ah, kaş ki, bizim üçün dünyaya bir qayıdış olsaydı, onların bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!" deyərlər. Bax beləcə, Allah onlara bütün əməllərini, üstlərinə yığılmış peşmanlıq və kədər halında göstərəcək. Onlar bu atəşdən çıxa bilməyəcəklər.