Əraf Surəsi 169. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!”– deyirdilər. Onlara buna bənzər mənfəətlər (yenə də) gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar (Kitabda )olanları (oxuyub) öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız?
Bünyadov-Məmmədəliyev:
Onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: “Biz (Allah tərəfindən) bağışlanacağıq!” Onlara bunun misli qədər (kimi) daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allaha dair yalnız haqqı demək barədə kitabda (Tövratda) onlardan əhd alınmamışdımı?! Halbuki orada (kitabda) olanları oxuyub öyrənmişdilər. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
Elmir Quliyev :
Их преемниками стало поколение, которое унаследовало Писание. Они схватились за блага этой жалкой жизни и сказали: "Мы будем прощены". Если бы им снова встретились подобные блага, они снова схватились бы за них. Разве с них не был взят завет Писания о том, что они будут говорить об Аллахе только правду? Они изучили то, что было в нем (Писании). Обитель Последней жизни лучше для тех, кто богобоязнен. Неужели вы не понимаете?
Ələddin Sultanov:
Onlardan sonra (ayələri təhrif etmək müqabilində) bu dəyərsiz dünya malını alaraq Kitaba varis olan və: “Onsuz da biz bağışlanacağıq”. - deyən kimsələr onların yerinə keçdilər. Onlara, ona bənzər başqa bir dünya malı gəlsəydi, onu da alardılar. Bəs onlardan, Allaha dair haqdan başqasını söyləməyəcəklərinə dair Kitabda yazılanlara uyğun əhd alınmamışdımı?! Halbuki, onlar onun içindəkiləri öyrənmişdilər. Axirət yurdu (Allahdan) qorxanlar üçün daha xeyirlidir. Hələ düşünmürsünüzmü?
Kerbelayi Malik ağa:
Artıq onlardan sonra sonrakı nəsil xələf oldu (onların yerinə keçdi). Kitaba varis oldular. ‘Yaxında bizə məğfirət ediləcək (günahlarımız savaba çevriləcək).’ deyərək bu dəyərsiz dünya malını alırlar. Onun kimi bir misli daha dünya malı onlara gəlsə, onu da alarlar. Allaha qarşı haqqdan başqa bir şey söyləməmələri üçün onlardan Kitabın misaqı alınmadımı? Onun içindəkilərini onlar oxudular (öyrəndilər). Təqva sahibi olanlar üçün axirət yurdu daha xeyirlidir. Hələ ağıl işlətmirsinizmi?
Ələsgər Musayev:
Xələflər onlardan sonra xəlifə varis kitaba. Götürürlər ərazisini bu yaxının deyirlər: «Bağışlanacaq bizim üçün!» Əgər gələ onlara ərazi misli onun, götürərlər onu! Ə, götürmədik üzərinə onların andı kitabın ki, deyəcəklər üzərinə Allahın ancaq haqqı dərs ki, onda? Axirət yurdu xeyirlidir o kəslər üçün ki, müttəqidirlər. Ə, məgər əql etməzsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, onlardan sonra kitabın (Tövratın) varisi olmuş (saleh olmayan) canişinlər(i) onların yerinə keçdilər. Onlar (rüşvət ya kitabı təhrif etmək yolu ilə) bu alçaq dünyanın malını alır «tezliklə (tövbə edəcək və) bağışlanacağıq» deyirlər. Əgər onlara elə bir mal yetişsə, yenə götürərlər! Məgər onlardan kitabın möhkəm əhd-peymanı alınmadımı ki, Allaha haqdan başqa bir şey nisbət verməsinlər? Halbuki, onlar kitabda olanları oxuyublar (və onun hökmlərindən xəbərdardırlar). (Bilin ki,) axirət evi təqvalılar üçün daha yaxşıdır, məgər düşünmürsünüz?
Kövsər Tağıyev:
Nəhayət onların ardından yerlərinə Kitaba (Tövrata) varis olan (pis) bir nəsil gəldi. Bu müvəqqəti dünyanın dəyərsiz malını alar və: “(Onsuz da) biz bağışlanacağıq”, deyərdilər. Onlara buna bənzər bir mal gəlsə, onu da alarlar. Allah haqqında haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda söz alınmamışdımı? Onun içindəkiləri oxumamışdılarmı? Halbuki Allaha qarşı gəlməkdən çəkinənlər üçün axirət yurdu daha xeyirlidir. Heç düşünmürsünüzmü?
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. Onlar bu dünya həyatının ötəri şeylərini anaraq deyirdilər: "Bizim üçün bağışlanar!" Buna bənzər başqa şeylər onlara gələrdisə onlar onu da götürərdilər. Kitabda onlardan məgər əhd alınmamışdı ki, Allah barəsində yalnız haqqı deyələr? Halbuki onlar özləri orada onları öyrənmişdilər. Axirət evi müttəqilər üçün daha xeyirlidir. Məgər siz bunu anlamırsınız?
Sabirə Dünyamalıyeva:
Beləliklə, onlardan sonra bir nəsil gələrək onların yerinə keçdi. Kitabın varisi oldular. Onlar bu dünyanın dəyərsiz qazancını alırdılar, "Gələcəkdə bizə məğfirət ediləcək/bizim günahlarımız bağışlanacaq" deyirdilər. Bunun kimi dəyərsiz bir mal onlara gəldikdə, onu da alırdılar. -Allaha qarşı doğrudan başqa şey danışmayacaqları barədə onlardan o kitabın təminatı alınmamışdırmı? Halbuki onda olanı oxuyub öyrənmişdilər. Axirət yurdu, Allahın mühafizəsi altına girən kəslər üçün daha xeyirlidir. Hələ dərk etmirsinizmi?-