Əlixan Musayev:
O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!
Elmir Quliyev
:
Он запретил вам мертвечину, кровь, мясо свиньи и то, что принесено в жертву не ради Аллаха. Если же кто-либо вынужден пойти на это, не домогаясь запретного и не преступая пределы необходимого, то нет на нем греха. Воистину, Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
O sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilən heyvanın ətini qəti haram etmişdir. Lakin kim çarəsiz qalarsa, zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməsində ona heç bir günah yoxdur. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
Kerbelayi Malik ağa:
Lakin (Allah) sizə yalnız ölü heyvan ətini, qanı və donuz ətini haram etdi. Allahdan başqası üçün olanı (bütlər və şəxslər adına kəsilən heyvanı) halal etmədi. Amma kim zərurətdə (aclıqda və çətin vəziyyətdə) qalsa, o təqdirdə (başqasının) haqqına əl uzatmamaq və zərurət miqdarını aşmamaq şərtiylə onun üzərinə günah yoxdur. Şübhəsiz ki, Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Həqiqətən, haramdır üzərinizə sizin meyyit və qan və
əti donuzun və nə ki, kəsilib Allahdan qeyrisi üçün. Kim
məcbur olarsa, pislik etmədən və həddi aşmadan, yoxdur
günah üzərində onun Həqiqətən Allah Ğəfurdur Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və (kəsilərkən başı üzərində) Allahdan başqasının adı çəkilmiş heyvanı haram etmişdir. Amma əslində ona meyli olmadan (Allahın hökmünə qarşı çıxmaq niyyəti olmadan) və zərurət miqdarını aşmadan (onları yeməyə) məcbur olan şəxsə heç bir günah yoxdur. Həqiqətən Allah çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Allah sizə ancaq leş, qan, donuz əti və Allahdan başqası adına kəsiləni haram etdi. Ancaq kim məcburiyyət qarşısında qalaraq sui-istifadə etmədən və zəruri ehtiyac miqdarını aşmadan yeməli olarsa, ona günah yoxdur. Şübhəsiz ki, Allah çox bağışlayandır və çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
O, ölü cəmdəyi, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilmiş (heyvanı) sizə haram etmişdir. İstəmədiyi halda və həddini aşmadan (bunları) yeməyə məcbur olana isə günah yoxdur. Həqiqətən də Allah bağışlayandır, rəhmlidir !
Sabirə Dünyamalıyeva:
O sizə ancaq ölmüş heyvanı, qanı, donuzun ətini və Allahdan başqasının adı ilə kəsilən heyvanları haram qıldı. Sonra kim bunlardan yeməyə məcbur olarsa, başqasının haqqını tapdalamasa və zərurət ölçüsünü keçməsə, ona bir günah yoxdur. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox rəhmlidir.