Fatir Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç daşınmaz. Sən ancaq Rəbbindən (Onu) görmədikləri halda qorxanları namaz qılanları xəbərdar edirsən. Kim (günahlardan) təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış da ancaq Allahadır.
Bünyadov-Məmmədəliyev:
Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa (çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz. (Ya Peyğəmbər!) Sən ancaq Rəbbindən (Onun əzabını) görmədikləri halda qorxanları (vaxtlı-vaxtında) namaz qılanları qorxudub xəbərdar edirsən. Hər kəs (günahlardan, küfrdən) təmizlənsə, özü üçün təmizlənmiş olar (savabı özünə yetişər). Axır dönüş ancaq Allahadır!
Elmir Quliyev :
Ни одна душа не понесет чужого бремени, и если обремененная душа взмолится о том, чтобы ей помогли понести ее ношу, ничто не будет взято из нее, даже если просящий окажется близким родственником. Ты предостерегаешь только тех, которые боятся своего Господа, не видя Его воочию, и совершают намаз. Кто очищается, тот очищается во благо себе, и к Аллаху предстоит прибытие.
Ələddin Sultanov:
Heç bir günahkar başqasının günahını daşımaz. Əgər (günah) yükü ağır olan kəs onu daşımaq üçün (başqasını) çağırsa, (çağırılan kimsə onun) yaxın qohumu olsa belə, o yükdən heç bir şeyi alıb daşımaz. Sən yalnız görmədikləri halda Rəbbindən qorxanları namaz qılanları xəbərdar edə bilərsən. Kim təmizlənərsə, yalnız özü üçün təmizlənmiş olar. Axır dönüş Allahadır.
Kerbelayi Malik ağa:
Yük daşıyan biri (bir günahkar) başqa birinin yükünü (günahını) daşımaz. Əgər ağır yüklü kimsə onu (günahlarını) daşımağa başqasını çağırsa belə, o yükdən heç bir şey yüklədilməz, hətta onun yaxın qohumu olsa da. Sən ancaq qeybdə Rəbbinə huşu duyanları namazı qılanları xəbərdar edirsən. Kim islah olsa (nəfsini islah etsə), o təqdirdə bunu yalnız öz nəfsi üçün edər. Dönüş Allahadır.
Ələsgər Musayev:
Yoxdur vəzirlik vəzirliknən vəzir axıra. Əgər günah yükü ağır olan kimsə yaxınlarını köməyə çağırsa belə, onun yükündən bir şey daşınmaz. Sən yalnız nəzərinə çatdıransan o kəslərin ki, qeybdə Rəblərindən çəkinirlər ayağa qalxırlar islahata. Kim paklanırsa, yalnız öz nəfsi üçün paklanır qayıdış Allaha tərəfdir!
A.Mehdiyev və D.Cəfərli:
Günah yükü ilə yüklənmiş heç kəs digərinin günah yükünü götürməz (heç kəs dünyada başqasının işinə görə cəzalanmaz axirətdə onun cəzasını çəkməyə məruz qalmaz). Əgər günahla yüklənmiş bir kəs onun günah yükü(nü daşımaq) üçün başqasını hətta yaxın qohumunu çağırsa, o yükdən heç bir şey daşınmaz. Sən ancaq öz Rəbbindən gizlində qorxan namaz qılan kəsləri qorxudursan. kim (əqidə, əxlaq əməldə) paklıq axtarsa, ancaq öz xeyrinə paklıq axtarar. Hamının dönüşü Allahadır.
Kövsər Tağıyev:
Heç bir günahkar başqa bir günahkarın yükünü yüklənməz. Günah yükü ağır olan bir kimsə günahını yüklənmək üçün (bir başqasını) çağırsa, çağırdığı kimsə yaxını olsa belə, o yükdən heç bir şey yüklənilməz. Sən ancaq görmədikləri halda Rəblərindən qorxanları namaz qılanları xəbərdar edə bilərsən. Kim təmizlənsə, ancaq özü üçün təmizlənmiş olar. Dönüş ancaq Allahadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Heç bir günahkar başqa birisinin günah yükünü daşımaz. Əgər günah yükü ağır olan bir kimsə onu daşımaq üçün (başqasını) çağırsa, o, lap yaxın qohum olsa belə, bu yükdən heç daşıya bilməz. Sən ancaq görmədikləri halda öz Rəbbindən qorxan namaz qılanlara öyüd-nəsihət verirsən. Kim (günahlardan) təmizlənirsə, özü üçün təmizlənir. Son dönüş Allahadır.
Sabirə Dünyamalıyeva:
günahkar kəs, başqasının günah yükünü daşımaz. Əgər çox günahı olan/çox zəngin olan bir kimsə, günahını daşımaq üçün birini çağırsa da ondan heç bir günah alınıb başqasına yüklənməz. -Qohumu olsa belə.- Şübhəsiz sən ancaq öz Rəbbi qarşısında kimsəsiz yerlərdə hörmətlə, məhəbbətlə, elmlə ürpərən səlatı yerinə yetirən [maddi zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını meydana gətirən-davam etdirən] kəsləri xəbərdar edirsən. Hər kim təmizlənsə sadəcə özü üçün təmizlənər. Dönüş ancaq Allahadır.