Fəth Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. (Allah) onların qəlbində olanı bildi, onlara (mənəvi) rahatlıq nazil etdi onları yaxın bir zəfərlə mükafatlandırdı.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbr, səbat, mənəvi qüvvə) göndərdi onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı.
Elmir Quliyev :
Аллах остался доволен верующими, когда они присягали тебе под деревом в Худейбии. Он знал, что у них в сердцах, и ниспослал им покой и вознаградил их близкой победой
Ələddin Sultanov:
Şübhəsiz ki, möminlər ağacın altında sənə beyət etdiklərində Allah onlardan razı olmuşdur. Allah onların qəlbərində olanı bilmiş, onlara mənəvi rahatlıq vermiş onları yaxın bir fəth (zəfər) ilə mükafatlandırmışdır.
Kerbelayi Malik ağa:
And olsun ki, o ağacın altında sənə tabe olduqları zaman Allah möminlərdən razı oldu. Onların qəlblərində olanı bilirdi. Beləcə onların üzərinə səkinət endirdi. Onlara yaxın bir fəth nəsib etdi.
Ələsgər Musayev:
Əlbəttə, Allah razı qaldı o inananlardan, onda beyət etdilər sənə ağac altında. O bilir ki, onların qəlbində var. nazil etdi onlar üçün sakitliyi verdi onlara yaxın fəthi
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allah möminlərdən onlar (Hüdeybiyyədə) ağacın altında sənə beyət edən zaman razı qaldı, onların qəlblərində olanı (niyyətlərinin saf gözəlliyini) bildi, nəticədə onlara (ürək) rahatlığ(ı) xatircəmlik nazil etdi onlara yaxın qələbəni (Xeybər qələbəsini) mükafat verdi.
Kövsər Tağıyev:
Şübhəsiz, ağac altında sənə beyət etdikləri zaman Allah iman edənlərdən razı olmuşdur. Qəlblərində olanı bilmiş, onlara hüzur, güvən duyğusu vermiş onlara yaxın bir fəth
M.Qənioğlu və T.Bilaloğlu:
Möminlər ağac altında sənə beyət edəndə Allah onlardan razı qaldı ürəklərində olanları bildi. Ona görə onların üzərinə rahatlıq endirdi, onları yaxın bir fəthlə mükafatlandırdı
Sabirə Dünyamalıyeva:
And olsun ki, o ağacın altında sənə sədaqət andı içdikləri zaman Allah möminlərdən razı oldu. Qəlblərində olanı bildi, onlara ürəyi təskin edən, xatircəmlik sakitlik hissi/mənəvi güc vermiş onları çox tezliklə gerçəkləşəcək bir fəth alacaqları çoxlu qənimətlər ilə mükafatlandırdı.