Ali-İmran Surəsi 185. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.
Bünyadov-Məmmədəliyev:
Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzdən (əyləncədən) başqa bir şey deyildir.
Elmir Quliyev :
Каждая душа вкусит смерть, но только в День воскресения вы получите вашу плату сполна. Кто будет удален от Огня и введен в Рай, тот обретет успех, а земная жизнь всего лишь наслаждение обольщением.
Ələddin Sultanov:
Hər bir can (hər kəs) ölümü dadacaqdır. Şübhəsiz ki, qiyamət günü əməllərinizin qarşılığı sizə tam olaraq veriləcəkdir. Kim oddan (cəhənnəmdən) uzaqlaşdırılıb, cənnətə daxil edilərsə, o xilas olmuşdur. Dünya həyatı isə aldadıcı faydadan (həzz əyləncədən) başqa bir şey deyildir.
Kerbelayi Malik ağa:
Hər nəfs ölümü dadıcıdır lakin əcrləriniz (əməllərinizin qarşılığı) qiyamət günü ödənər. O vaxt kim atəşdən uzaqlaşdırılar cənnətə daxil edilərsə, o təqdirdə o, xilas olmuşdur. Dünya həyatı aldadıcı mətadan (əyləncə, həzzdən) başqa bir şey deyil.
Ələsgər Musayev:
Külli nəfs dadacaqdır ölüm təamını. əcrləriniz tamamilə veriləcəkdir qiyamətin günündə. Kim oddan kənar olacaq daxil olacaq cənnətə, fəqət uğur qazanmış olacaqdır. Dünya həyatı ancaq qürurlu mətahıdır.
A.Mehdiyev və D.Cəfərli:
H?r bir canl? (mutl?q) olumu dadacaqd?r. Qiyam?t gunu sizin mukafatlar?n?z tam s?kild? veril?c?kdir. Odur ki, oddan uzaqlasd?r?lan v? C?nn?t? daxil edil?n k?s dogrudan da kama catm?sd?r. Bu dunya h?yat? aldad?c? maldan basqa bir sey deyildir.
Kövsər Tağıyev:
Hər canlı ölümü dadacaq. Ancaq etdiklərinizin qarşılığı qiyamət günü sizə tam veriləcək. Kim cəhənnəmdən uzaqlaşdırılıb cənnətə daxil edilərsə, həqiqətən, qurtuluşa nail olmuşdur. Dünya həyatı aldadıcı həzdən başqa bir şey deyil.
M.Qənioğlu və T.Bilaloğlu:
Hər bir kəs ölümü dadacaqdır. Mükafatlarınız qiyamət günü bütünlüklə veriləcəkdir. Kim cəhənnəm odundan uzaqlaşdırılaraq cənnətə salınarsa, o qazanmış olar. Bu dünya həyatı aldadıcı ləzzətdən başqa bir şey deyildir.
Sabirə Dünyamalıyeva:
Hər kəs [hər canlı varlıq] ölümü dadacaqdır. şübhəsiz ki, qiyamət günü [əməlləriniz görə] əvəz sizə əskiksiz veriləcək. Kim oddan uzaqlaşdırılıb, cənnətə daxil edilsə, bilsin ki, o həqiqətən nicat tapmışdır. bəsit dünya həyatı aldadıcı bir istifadədən başqa bir şey deyil.