Əlixan Musayev:
De: “Mən, Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, (özüm üçün) xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir camaat üçün qorxudan və müjdələyənəm”.
Bünyadov-Məmmədəliyev:
De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!”
Elmir Quliyev
:
Скажи: "Я не властен принести себе пользу или причинить себе вред, если того не пожелает Аллах. Если бы я знал сокровенное, то приумножил бы для себя добро, и зло не коснулось бы меня. Однако я — всего лишь предостерегающий увещеватель и добрый вестник для верующих людей".
Ələddin Sultanov:
De: “Allahın diləməsi istisna olmaqla, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, əlbəttə, daha çox xeyir iş görmək istərdim və mənə heç bir zərər toxunmazdı. Mən, sadəcə olaraq iman gətirən bir qövmü xəbərdar edən və müjdələyən bir peyğəmbərəm”.
Kerbelayi Malik ağa:
De ki: ‘Allahın diləməsi xaric, mən özümə fayda və ya zərər verəcək gücə malik deyiləm. Əgər mən qeybi bilsəydim, xeyiri mütləq çoxaldardım, mənə bir zərər toxunmazdı. Mən ancaq mömin olan qövm üçün bir nəzir (xəbərdar edən) və müjdələyiciyəm.’
Ələsgər Musayev:
De: «Mən öz nəfsimə mənfəət və zərər yetirməyə malik deyiləm, ancaq nəyi ki, Allah istəyə. Əgər mən qeybi bilən olsaydım öz xeyirimi artırardım və mənə pislik yetişməzdi. Mən ancaq nəzərə çatdıran və bəşarət verənəm o qoum üçün ki, inanırlar!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Mən özüm üçün Allahın istədiyindən başqa heç bir xeyir və ziyana malik deyiləm. (Qeyb elmim də yoxdur) və əgər qeybi bilsəydim, özüm üçün mütləq hər bir mal və xeyirdən çoxlu tədarük görərdim və mənə heç bir zərər-ziyan dəyməzdi. Mən iman gətirən dəstə üçün yalnız bir qorxudan və müjdə verənəm».
Kövsər Tağıyev:
De ki: “Allah istəmədikcə mən özümə nə bir zərər, nə də bir fayda verə bilərəm. Əgər mən qeybi bilsəydim, daha çox xeyir əldə etmək istərdim və mənə pislik toxunmazdı. Mən inanan bir qövm üçün ancaq bir xəbərdar edən və bir müjdələyənəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Allahın istədiyindən başqa mən özümə nə bir fayda, nə də bir ziyan verə bilmərəm. Əgər qeybi bilsəydim, onda daha çox xeyir qazanardım və mənə pislik toxunmazdı. Mən isə iman gətirən adamlara yalnız xəbərdarlıq edən və müjdə gətirənəm".
Sabirə Dünyamalıyeva:
De ki: "Mən özüm üçün Allahın istədiyindən başqa nə bir fayda əldə etməyə, nə bir zərərin qarşısını almağa qadirəm. Əgər mən görülməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi bilsəydim, əlbəttə xeyiri çoxaltmaq istəyərdim. Və mənə heç bir pislik toxunmamışdır. Mən ancaq xəbərdarlıq edən və iman gətirən bir qövm üçün müjdə verənəm."