Əlixan Musayev:
Əgər (siz kafirlər ədalətli) hökm diləyirsinizsə, artıq sizə hökm gəlmişdir. Əgər (küfrə) son qoysanız, bu, sizin üçün xeyirli olar. Yox əgər qayıtsanız (möminlərə qarşı vuruşsanız), Biz də qayıdarıq (sizi yenə məğlub edərik). Dəstəniz nə qədər çox olsa da, (bu) sizi heç bir şeydən qurtara bilməz. Şübhəsiz ki, Allah möminlərlədir.
Bünyadov-Məmmədəliyev:
(Ey müşriklər!) Əgər siz (Kəbənin örtüklərinə yapışıb dua edərək) qələbə istəyirsinizsə, artıq sizə zəfər (möminlərin qələbəsilə Allahın əleyhinizə olan hökmü) gəldi. Əgər (küfrdən və Peyğəmbərə qarşı müharibə aparmaqdan) əl çəksəniz, bu sizin xeyrinizə olar. Yox, əgər təkrar (müharibəyə) qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizdən heç bir şeyi (Allahın bəlasını, əzabını) dəf edə bilməz. Allah, həqiqətən, möminlərlədir!
Elmir Quliyev
:
Если вы (неверующие) просили вынести приговор, то приговор уже явился к вам. Если вы прекратите, то так будет лучше для вас. Но если вы возобновите, то и Мы возобновим (если вы вновь станете сражаться против верующих, то Мы вновь нанесем вам поражение), и ваш отряд не принесет вам никакой пользы, даже если будет многочисленным. Воистину, Аллах — с верующими.
Ələddin Sultanov:
(Ey kafirlər!) Əgər siz qələbə (hökm) istəyirsinizsə, artıq sizə qələbə (hökm) gəlmişdir. Əgər (küfrdən) əl çəksəniz, bu sizin üçün daha xeyirli olar. Əgər təkrar (peyğəmbərə qarşı düşmənçiliyə) qayıtsanız, Biz də (ona yardım etmək üçün) qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizi heç cür müdafiə edə bilməz. Çünki Allah möminlərlə bərabərdir. (Məkkəli müşriklər Bədr döyüşündə müsəlmanlardan sayca üstün olduqlarına arxalanaraq qalib gələcəklərini və Mədinəyə girərək müsəlmanları məhv edəcəklərini güman edirdilər. Allah-Təala da onların məğlubiyyətini kinayəli bir üslubla bildirmişdir. Ayənin sonunda isə, bu məğlubiyyətdən dərs götürərək haqq yola dönmədikləri təqdirdə başlarına gələcək fəlakətlərə işarə edilmişdir.)
Kerbelayi Malik ağa:
Əgər fəth (qələbə) istəyirsinizsə, sizə fəth gəlmişdir. Əgər (döyüşməkdən, qarşı gəlməkdən) əl çəksəniz, artıq o, sizin üçün daha xeyirlidir. Əgər siz (savaşa) dönsəniz, Biz də dönərik. Sizin dəstəniz sayca çox olsa belə, sizə bir şey, bir fayda verməz. Şübhəsiz ki, Allah möminlərlə bərabərdir.
Ələsgər Musayev:
Əgər fəth istəyirdiniz, fəqət gəldi sizə fəth. Əgər əl çəksəniz, sizin xeyirinizədir. Əgər edəsiniz, Biz də edərik və dəstəniz sizi ehtiyacsız etməz bir şeynən, əgər o çox olsa belə. Həqiqətən, Allah inananlarladır!
A.Mehdiyev və D.Cəfərli:
(Ey Bədr döyüşündən qabaq «tərəflərdən kim haqdırsa, qoy Allah onu qalib etsin!» deyən müşriklər,) əgər siz (haqq olan tərəfin) qələbə (çalmasını) istəyirsinizsə, istəyinizə uyğun olan qələbə gəldi (odur ki, təslim olun). Əgər (dava və düşmənçilikdən) əl çəksəniz, bu sizin üçün daha yaxşıdır. Əgər (döyüşə) qayıtsanız, biz də (möminlərə köməyə və sizi əzməyə) qayıdacağıq və sizin dəstəniz hər nə qədər çox olsa da, sizdən (Allahın əzabından) heç bir şeyi dəf etməyəcəkdir. (Bilin ki,) Allah həmişə möminlərlədir.
Kövsər Tağıyev:
(Ey inkarçılar!) Əgər fəth istəyirsinizsə, budur sizə fəth gəldi. Əgər (peyğəmbərə qarşı gəlməkdən) əl çəksəniz, bu sizin üçün daha xeyirli olar. Əgər qayıtsanız, biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da sizə heç bir fayda verməz. Çünki Allah möminlərlə bərabərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
(Ey kafirlər!) Əgər qələbə istəyirdinizsə, sizə [üzərinizə] qələbə də gəldi, əgər əl çəksəniz, bu, sizin üçün daha xeyirli olar. Əgər siz bir də (döyüşə) qayıtsanız, onda Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, bu, sizi heç bir şeydən qurtara bilməz. Həqiqətən, Allah möminlərlədir!
Sabirə Dünyamalıyeva:
Fəth istəyirsinizsə, budur, sizə fəth gəlmişdir. Və əgər son versəniz, bu da sizin üçün daha yaxşıdır. Yox, əgər qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz hər nə qədər çox olsa da, sizə heç bir şəkildə, heç bir zaman fayda verməyəcək. Şübhəsiz ki, Allah möminlərlədir.