Əlixan Musayev:
Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq (verin). Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başındakı (xəstəlikdən) əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin olduğunuz təqdirdə ümrəni (bitirib) həccə qədər (qadağan olunanlardan) istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. Q(urbanlıq) tapmayanlar isə həcc əsnasında üç gün və (vətəninə) qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir.
Bünyadov-Məmmədəliyev:
Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yetirin, əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə (Minaya) çatıncaya qədər başınızı qırxdırmayın. Əgər (ehramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir. Bu (ümrə ziyarəti) ailəsi Məscidülhəramda (Məkkədə və ətrafında) sakin olmayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.
Elmir Quliyev
:
Завершайте хадж и малое паломничество ради Аллаха. Если вы будете задержаны, то принесите в жертву то, что сможете. Не брейте ваши головы, пока жертвенные животные не достигнут места заклания. А если кто из вас болен или из-за головы своей испытывает страдания, то он должен в качестве искупления поститься, или раздать милостыню, или принести жертву. Если же вы находитесь в безопасности, то всякий, кто совершает малое паломничество и прерываемый хадж , должен принести в жертву то, что сможет. Если же он не сможет сделать этого, то он должен поститься три дня во время хаджа и семь дней после его окончания — всего десять дней. Это распространяется на тех, чья семья не живет в Заповедной мечети. Бойтесь же Аллаха и знайте, что Аллах суров в наказании.
Ələddin Sultanov:
Həcc və ümrəni Allah üçün tam yerinə yetirin! Əgər qarşınıza bir maneə çıxarsa, sizə asan başa gələn bir qurbanlıq göndərin! Qurbanlıq öz yerinə çatana qədər başlarınızı qırxdırmayın! Sizdən kim xəstə olar, yaxud başındakı bir narahatçılığa görə əziyyət çəkərsə, fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneələrdən) əmin olduğunuz təqdirdə, kim həccə qədər ümrədən istifadə edərsə, asan başa gələn bir qurban kəssin! Kim qurbanlıq tapmazsa, əvəzində həcdə üç gün və qayıtdıqdan sonra yeddi gün oruc tutmalıdır. Bu, tam on gündür. Bu, ailəsi Məscidi-haram ətrafında yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.
Kerbelayi Malik ağa:
Həcc və ümrəni Allah üçün tamamlayın. Lakin əgər (sizdən asılı olmayan bir səbəblə) maneçilik olarsa, o zaman sizə asan gələn qurbandan (göndərin). Qurban kəsilən yerə çatana qədər də başınızı qırxmayın. Lakin sizdən xəstə olan və ya başından (başındakı ağrıdan) əziyyət çəkən (və buna görə qurban kəsilən yerə çatmadan əvvəl başını qırxdırmaq məcburiyyətində qalan) kimsənin bu vəziyyətdə oruc, sədəqə və ya qurbandan (biri ilə) fidyə verməsi (lazımdır). Artıq əmin olduğunuz (güvənə qovuşduğunuz) təqdirdə kim həcc zamanına qədər ümrədən faydalanarsa, o təqdirdə asan gələn qurbandan (kəsər). Lakin kim bunu tapa bilməzsə, o zaman üç gün həccdə, (evinizə) döndüyünüz zaman da yeddi gün oruc tutması lazımdır ki, bunların hamısı on (gündür). Bu ailəsi Məscidi Haramda yaşamayan kəslər üçündür. Allaha qarşı təqva sahibi olun. Allahın cəzasının şiddətli olduğunu bilin!
Ələsgər Musayev:
Allah üçün
tamamlayın həcci və imarəti! Əgər çətinlikdəsiniz və nə ki,
yüngüldür hədiyyədən. Qırxdırmayın başınızı, ta çata hədiyyə
öz məhəlləsinə. Kim oldu sizdən məriz, ya başından əziyyət
çəkən və onda fidyə yiməsdən, ya sədaqət, ya əskiklik Onda
ki, əminsiniz, kim mətahlanır imarətlə tərəfinə həccin və nə
yüngüldür hədiyyədən. Kim tapmadı, oruc üç gün həcdə və
yeddi gün onda ki qayıtdınız – bu, ondur kamil. Bu, kim üçün
ki olmur əhli onun hazır məscidil-harama. Və qorxun Allahdan
və bilin ki, Allah şiddətlidir iqaba!
A.Mehdiyev və D.Cəfərli:
Həcc və ümrə (əməli)ni Allaha görə tamamlayın və əgər (ehram bağladıqdan sonra düşmən və ya xəstəlik vasitəsilə) əməlləri yerinə yetirməyinizə maneçilik törənsə, (Məkkənin və yaxud Minanın qurbangahına dəvə, inək və qoyundan) sizə müyəssər olan bir qurbanlıq (göndərmək sizin boynunuzadır). Və qurbanlıq öz yerinə çatmayınca başınızı qırxmayın. Əgər sizdən kimsə (ehram halında) xəstə olsa və ya başında bir narahatlığı olsa (və başını qırxmaq məcburiyyətində qalsa, başını qırxsın və) oruc ya sədəqə, ya da qurbanlıq qismindən kəffarə versin. Əgər (Həcc və Ümrə barəsində düşməndən və ya xəstəlikdən) xatircəm olsanız, onda «təməttö» (Allaha yaxınlaşmaqdan bəhrələnmək və ehram bağlandıqdan sonra haram olmuş şeylərdən ehramdan çıxdıqdan sonra istifadə etmək) ümrəsini qabağa salıb «təməttö» Həccinə tərəf gedən kəsin boynunadır ki, (dəvə, inək və qoyundan) müəssər olan qurbanlıq kəssin. Qurbanlıq tapmayan (və ya ona pulu olmayan) şəxs həmin Həcc səfəri zamanı üç gün və qayıtdığınız zaman yeddi gün oruc tutmalıdır. Bu tam on gündür. («Təməttö» adlanan) bu (Həcc), (özü və) ailəsi Məscidül-Həramın (Məkkə və onun iyirmi dörd kilometrliyinin) sakini olmayan kəslər üçün olan vacibdir. Allahdan qorxun və bilin ki, Allah ağır cəza verəndir.
Kövsər Tağıyev:
Həcci də, ümrəni də Allah üçün tamamlayın. Əgər (düşmən, xəstəlik və bu kimi səbəblərlə) maneə ilə qarşılaşsanız, artıq sizə asan olan qurbanı göndərin. Bu qurban yerinə çatana qədər başınızı qırxmayın. Sizdən kim xəstələnər və ya başında bir ağrı olar (başını qırxdırmaq məcburiyyətində qalar)sa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. (Təhlükə və maneələrin aradan qalxdığına) əmin olduğunuz zaman həccə qədər ümrə ilə savab qazanmaq istəyən kəs özü üçün asan olan bir qurban kəsməlidir. Tapa bilməyən isə üçü həcdə, yeddisi də qayıtdığınız zaman (olmaqla) tam on gün oruc tutmalıdır. Bu (ziyarət) ailəsiMəscidi-Həram yaxınında olmayanlar üçündür. Allaha qarşı gəlməkdən çəkinin və Allahın cəzalandırmasının şiddətli olduğunu bilin.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah naminə həcci və ümrəni tam yerinə yetirin. Əgər sizə (bir şey) mane olarsa onda sizə müyəssər olan bir qurbanlıq (verin). Qurbanlıq öz yerinə çatmayınca başınızı qırxmayın. Sİzlərdən kim xəstə olarsa və ya başında bir narahatlıq olarsa (qırxdıra bilər) və bunun da fidyəsi (əvəzi) oruc tutmaq, ya sədəqə vermək, ya da qurban kəsməkdir. Əgər siz (bu maneələrdən qurtarıb) əmin-amanlıq içində olsanız, onda həcc vaxtına qədər ümrə ziyarəti edən kəs gücü çatan bir qurbanlıq verməlidir. Yox əgər tapmasa, onda həcc əsnasında üç gün və qayıtdıqdan sonra yeddi gün – beləliklə də tam on gün oruc tutmalıdır. Bu, ailəsi Məscidül-Həram (ətrafında) yaşamayanlar üçündür. Allahdan qorxun və bilin ki, həqiqətən Allah cəzası şiddətlidir !
Sabirə Dünyamalıyeva:
Və həcci/proqramlı ilahiyyat təhsilini və ümrəni/seminar, simpozium kimi qısa müddətli təhsilləri Allah üçün başa vurun. Yenə də əgər siz tutulub saxlanılsanız/sizə maneə törədilsə, onda ilahiyat təhsili alanlara sizə asan gələn şeylərlə dəstək olun! Bununla birgə, ilahiyyat təhsili alanlara verdiyiniz hədiyyə; dəstək, yerinə çatana qədər başınızı qırxdırmayın.[#339] Artıq aranızda xəstə olan və ya başını qırxdırmaq barədə bir narahatlığı olan oruc və yaxud sədəqə yaxud da ibadətlərdən; bəndəliyin hər hansı vəzifəsindən bir fidyə/bir əvəz [verməlidir]! Artıq əmin olduğunuz zaman hər kim ümrədə/qısamüddətli təhsildə həccə/proqramlı ilahiyyat təhsilinə qədər qazanc əldə etsə, hədiyyə olaraq; təhsilə dəstək olaraq [özünə] asan gələn [bir şey etsin]! Lakin kim [buna imkan] tapmasa, üç gün həcdə/proqramlı ilahiyyat təhsili müddətində, yeddi də qayıtdıqda oruc tutsun! Bu da tam on [gün] edər. Bu hökm, ailəsi Məscidülhəramda; toxunulmaz ilahiyyat təhsili mərkəzində olmayanlar üçündür. Allahın mühafizəsi altına daxil olun və həqiqətən Allahın cəzasının çox şiddətli olduğunu bilin.