Əlixan Musayev:
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.
Bünyadov-Məmmədəliyev:
(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir.
Elmir Quliyev
:
Знайте, что мирская жизнь — всего лишь игра и потеха, украшение и похвальба между вами, а также стремление обрести побольше богатства и детей. Она подобна дождю, растения после которого восхищают земледельцев, но потом они высыхают, и ты видишь их пожелтевшими, после чего они превращаются в труху. А в Последней жизни есть тяжкие мучения и прощение от Аллаха и довольство. Мирская жизнь — всего лишь предмет обольщения.
Ələddin Sultanov:
Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri kafirlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir.
Kerbelayi Malik ağa:
Dünya həyatının oyun, əyləncə və bir bəzək-düzək olduğunu bilin, aranızda öyünmə, mal və övlad çoxluğudur. (Dünya həyatı) yağışın bitirdiyi, əkinçinin xoşuna gələn əkin kimidir. Bir müddət sonra quruyar, beləcə onu saralmış görərsən. Sonra da o, çör-çöp olar. Axirətdə şiddətli əzab, Allahdan məğfirət və Allahın rizası vardır. Dünya həyatı aldadıcı mənfəətdən başqa bir şey deyil.
Ələsgər Musayev:
Bilin ki, dünya həyatı əyləncə və
oyundur və zinət və fəxr aranızda və öyünmə mallarınızda və
övladlarınızda. Məsəli kimidir yağışın, təəccübə gətirir kafirləri
bitkisi onun. Sonra o quruyar və sən onu saralıb-solan görürsən,
sonra o quru ot saman olur. Axirətdə şiddətli əzab var və
bağışlanmaq Allahdan və razılıq. Bu dünyanın həyatı ancaq
qürurlu mətahdır.
A.Mehdiyev və D.Cəfərli:
Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir. Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar, sonra solar və onu saralmış görərsən və daha sonra quruyub sınar. Axirətdə (Allaha qarşı üsyankarlıq edənlər üçün) ağır əzab və (itaətkarlar üçün) Allahın bağışlaması və razılığı vardır. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir.
Kövsər Tağıyev:
Bilin ki, dünya həyatı sadəcə bir oyun, bir əyləncə, bir süs, aranızda qarşılıqlı bir öyünmə, çox mal və övlad sahibi olmaq yarışından ibarətdir. (Nəhayət, hamısı yox olub gedər.) Eynilə belə: Bir yağmur ki, bitirdiyi bitki əkinçilərin xoşuna gələr, sonra qurumağa başlayar, sən onu saralmış görərsən. Sonra da çör-çöp olar. Axirətdə isə (dünyadakı əmələ görə ya) şiddətli bir əzab və (ya) Allahın məğfirət və rizası var. Dünya həyatı aldadıcı mənfəətdən başqa bir şey deyil.
M.Qənioğlu və T.Bilaloğlu:
Bilin ki, dünya həyatı bir oyun və əyləncə, bəzək-düzək və bir-birinizlə öyünməkdən, mal-dövləti, övladlan artırmaq istəyindən ibarətdir. (Bu da) elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitkilər əkinçiləri heyran edir, sonra isə onlar solur və onları solmuş görürsən, sonra isə onlar çör-çöp olurlar. Axirətdə isə şiddətli bir əzab, Allahın bağışlanması və rizası vardır. Dünya həyatı ancaq aldadıcı, ötəri bir şeydir.
Sabirə Dünyamalıyeva:
Bilin ki, fani dünya həyatı, ancaq bir oyun, cazibədar bir əyləncə, bir bəzək, öz aranızda öyünmək, mal və övladları çoxaltmaq yarışıdır. -Elə bir yağış misali kimi ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gəlir, sonra quruyar, bir də baxarsan ki, sapsarı olub, sonra da çör-çöpə dönüb.- Axirətdə isə şiddətli bir əzab; Allahdan bir bağışlama və bir razılıq gözləyir. Dünyadakı müvəqqəti həyat aldatma malından, [aldatma] vəsaitindən başqa bir şey deyil.