Əlixan Musayev:
Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. (Allah) onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır.
Elmir Quliyev
:
Среди тех, кто верует в Аллаха и в Последний день, ты не найдешь людей, которые любили бы тех, кто враждует с Аллахом и Его Посланником, даже если это будут их отцы, сыновья, братья или родственники. Аллах начертал в их сердцах веру и укрепил их духом от Него. Он введет их в Райские сады, в которых текут реки, и они пребудут там вечно. Аллах доволен ими, и они довольны Им. Они являются партией Аллаха. Воистину, партия Аллаха — это преуспевшие.
Ələddin Sultanov:
Allaha və axirət gününə inananların - ataları, oğulları, qardaşları, yaxud yaxın qohumları olsa belə - Allaha və Peyğəmbərinə düşmən olanlarla dostluq etdiklərini görə bilməzsən. Allah onların qəlblərinə iman yazmış və Öz dərgahındakı bir ruh (nur, yaxud Quran) ilə onları dəstəkləmişdir. Allah onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Onlar Allahın tərəfdarlarıdır. Bilin ki, əsil nicat tapanlar Allahın tərəfdarlarıdır.
Kerbelayi Malik ağa:
Allaha və axirət gününə iman edən bir qövmü Allaha və Onun Rəsuluna qarşı gələnlərlə dostluq etdiyini görməzsən. Onların ataları, oğulları, qardaşları və ya qohum-əqrabaları olsa belə. Məhz onlar ki, (Allah) onların qəlblərinə imanı yazdı. Onları Özündən bir ruh ilə dəstəklədi. Onları altından çaylar axan cənnətlərə daxil edəcək. Onlar orada əbədi olaraq qalacaqlar. Allah onlardan razı oldu və onlar da Allahdan razı oldular. Onlar Allahın tərəfdarlarıdır. Həqiqətən Allahın tərəfdarları fəlaha çatanlar deyilmi?
Ələsgər Musayev:
Tapmazsan qoumu ki, inanırlar Allah ilə və günü ilə
axırın, Allah və Onun rəsuluna qarşı həddi aşanları sevələr,
əgər onların ataları, ya oğulları, ya qardaşları, ya onların
əşirətindən olsa belə. Həmin onlardır ki, yazdı onların qəlbində
imanı və möhkəmlətdi onları Ondan olan Ruh ilə və daxil
edəcək onları həmişəlik qalmaq üçün bağlara – cari olur
altından onun nəhrlər. Razıdır Allah onlardan və razıdırlar onlar
da Ondan. Həmin onlardır dəstəsi Allahın. Ə, məgər yoxmu?
Həqiqətən, dəstəsi Allahın – onlar nicat tapanlardır!
A.Mehdiyev və D.Cəfərli:
Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə – hətta öz ataları, övladları (oğulları), qardaşları və qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla (məxsus bir nurla, yaxud Qur’an maarifi ilə, ya qeybi uğurlarla) onları qüvvətləndirmişdir. Onları (axirətdə) (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər, bil ki, şübhəsiz, Allahın firqəsi həmin nicat tapanlardır.
Kövsər Tağıyev:
Allaha və axirət gününə iman edən heç bir topluluğun – ataları, oğulları, qardaşları yaxud öz tayfaları olsalar belə – Allaha və Peyğəmbərinə düşmən olan kimsələrə sevgi bəslədiyini görə bilməzsən. Allah onların qəlblərinə imanı yazmış və onları öz qatından bir ruh ilə dəstəkləmişdir. Onları içlərindən çaylar axan və içlərində əbədi qalacaqları cənnətlərə qoyacaqdır. Allah onlardan razı olmuş, onlar da Allahdan razı olmuşdurlar. Onlar Allahın tərəfində olanlardır. Yaxşı bilin ki, Allahın tərəfində olanlar məhz nicat tapanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən Allaha və axirət gününə iman gətirənlərdən elə adamlar tapa bilməzsən ki, onlar Allaha və Onun peyğəmbərinə qarşı çıxanları ataları, oğulları, qardaşları, yaxud qohum-əqrabaları olsalar belə, sevmiş olsunlar. O, onların ürəklərinə iman salmış və onları Özündən olan bir ruh ilə möhkəmləndirmişdir. O, onlan dibindən çaylar axan və orada əbədi qalacaqları cənnət bağları içərisinə salacaqdır. Allah onlardan razı qalmış, onlar da Allahdan razı qalarlar. Onlar Allahın firqəsidiriər. Həqiqətən, yaxşı bilinməlidir ki, Allahın firqəsi uğura qovuşanlardır!
Sabirə Dünyamalıyeva:
Allaha və axirət gününə inanan bir tayfanın, Allaha və Elçisinə qarşı həddi aşmağa çalışanlara qarşılıqlı məhəbbət göstərdiyini görə bilməzsən. Onlar onların istər ataları olsun, istər övladları olsun, istər qardaşları olsun, istər qohumları olsun. Onlar elə kəslərdir ki, Allah qəlblərinə imanı yazmışdır və onları Öz tərəfindən olan vəhy ilə qüvvətləndirmişdir. Və Allah onları, əbədi qalmaları üçün, altlarından çaylar axan cənnətlərə daxil edəcək. Allah, onlardan razı olmuşdur, onlar da Ondan razıdırlar. Bax bunlar, Allahın firqəsidir. Gözünüzü açın! Məhz Allahın firqəsi, müvəffəqiyyətə çatanlardır.